Yaşam

Lələtəpədə şəhid olan mayor - Yaşasaydı 40 yaşı olacaqdı

16-08-2016, 12:49
Bu gün aprel döyüşlərində şəhid olan mayor Elnur Əliyevin doğum günüdür.

AzVision.az-ın məlumatına görə, Elnur Əliyev 1976-cı ildə Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1991-ci ildə orta məktəbin 9-cu sinifini bitirib və C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. 1998-ci ildə isə H.Əliyev adına Ali Hərbi Məktəbi bitirib. O, 1998-2008-ci illərdən Qərb bölgəsində, son 2 ildə isə Füzuli bölgəsində xidmət edib.

Lələtəpədə şəhid olan mayor

E.Əliyev hərbi hissədə nizami hissə rəisi olub. 

Mayor Əliyev Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Lələtəpədə şəhid olan mayor

E.Əliyev Füzuli rayonunda dəfn olunub. 

Mayor Əliyevin iki oğul övladı yadigar qalıb. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]