Yaşam

Kişinin xəyanət etdiyini göstərən 12 ƏLAMƏT

11-07-2016, 22:42
Kişinin xəyanət etdiyini göstərən 12 ƏLAMƏT

Türkiyənin klinik psixoloqu Mehmet Başkak bir kişinin həyat yoldaşını aldatdığını göstərən bariz işarələr olduğunu deyib.

Xeberman.com  lent.az-a  istinadən Mehmet Başkakın sadaladığı həmin 12 əlaməti təqdim edir.

1. Köynəyinin yaxasında və geyimlərində dodaq boyası ləkələri, bədənində cinsi əlaqə zamanı yarandığını düşündüyünüz bəzi izlər, saçında, ya da paltarlarında başqa bir qadının qoxusu... Səhər başqa alt paltarıyla gedib axşam başqasıyla dönənlər. Xüsusən də bütün bunlar bir dəfədən çox baş veribsə...
 
2. Xarici görünüşünə həddindən çox fikir verir? Bəlkə, daha yaxşı geyinir, bəlkə, birdən-birə təraşdan sonra aşırı miqdarda ətir vurur, yaxud anidən idman eşqi baş qaldırır və ağırlıq məşqlərinə başlayır, hər dəfə istifadə etdiyi ətri qəfil dəyişir, geyim tərzi başqalaşır...
Heç adətkarı olmadığı zamanlarda evə gəlib çimməsi, ya da yatağa girmədən öncə duş alması da başqa bir ipucudur. Bunu digər qadının qoxusu üstündən getsin deyə edə bilər. Bundan başqa, digər qadına aid hər hansı bir izin qalmaması üçün də maşınını daha tez-tez təmizləyə bilər.

3. Birdən-birə ərinizin iş saatı artır, hətta bəzən iş gərəyi səyahət etmək məcburiyyətində qalır. Bəzən bir neçə gün gecələri sizdən ayrı keçirir? Ərinizin gündəlik məsrəflərində ciddi bir artım olursa... Bunlar ərinizin gecələri başqasıyla keçirdiyinin açıq dəlilləridir.
 
4. İş yerindəki yoldaşına qarşı marağı birdən-birə artır. Əvvəllər heç olmadığı qədər tez-tez ondan bəhs edir və ona kömək etmək istəyir. Hətta bu qadına həddindən çox kömək edir. Belə vəziyyətdə siz özünüzü əzilmiş hiss edirsiniz.
 
5. Yanınızdadır, amma sizinlə deyil. Hər nə qədər fiziki olaraq yanınızda olsa da, əriniz öz dünyasında yaşayır və əslində həqiqətən də sizinlə bərabər deyil...

6. Sizi artıq gözü görmür. Başınıza papaq əvəzinə bir çanta qoysanız belə, bunu fərq etməyəcək durumdadırsa... Gerçək mənada sizin yanınızda olmaq üçün ciddi cəhd göstərsə də, əslində sizin fərqinizdə deyilsə...
 
7. Əriniz sizi qısqanc, ya da dəli, paranoik və s. olmaqda günahlandırır. Qabaqdangəlmişlik etmək partnyorlarına xəyanət edənlərin ən sıx istifadə etdiyi silahdır. Sizi özünüzdən şübhələnməyə sövq edəcək bəzi bəlli taktikaları var. Əgər normalda qısqanc biri deyilsinizsə, o zaman daxili səsinizə güvənin.
 
8. Əriniz sizə sms mesajlarını və mail-lərini göstərir. Aldatma mövzusunda peşəkarlaşmış kişi başqa qadınlarla görüşmək üçün başqa mobil telefondan istifadə edəcək mütləq. Bu, e-mail-lərə də aiddir. Sosial media mesajlarına gəlincə isə, axmaq biri deyilsə, təbii ki, orada sizi aldatdığını ələ verəcək hansısa ipucu paylaşmaz.
 
9. Birdən-birə ortaya çıxan aşırı mədəni davranışlar. Televizorda nəyə baxmaq istəsəniz, icazə verir, sizə hədiyyələr alır, ən çox bəyəndiyiniz restorana yeməyə aparmaq istəyir. Əvvəllər problem yaradırdısa, indi məsələn, rəfiqələrinizlə görüşməyə icazə verir... Bu durum iki səbəbdən ola bilər. Həyat yoldaşını aldadan kişilərdən bəziləri digər münasibətlərindən dolayı daha xoşbəxt olmağa başlayırlar. Bəziləri isə xəyanət etdiyinə görə özünü günahkar sayar və bu cür jestlərlə sanki günahlarını yumağa çalışırlar.

10. Bəlkə də, tam tərsidir, əriniz daim sizdə qüsur tapır və ya onu aldatdığınızı düşünür. Xəyanət edən kişi bəzən belə də fikirləşir: "Mən onu hiss etdirmədən aldada bilirəmsə, bəlkə, elə o da məni eyni şəkildə aldadır?"
 
11. İş yoldaşlarınızın, dostlarınızın və ailə üzvlərinizin xəbərdarlıqları, atmacaları da önəmlidir... Ehtimal ki, insanlar yaxşılığınızı istəyir və sizin bilmədiyiniz şeyləri bilirlər.
 
12. Daxili səsiniz ərinizin sizi aldatdığını sanki hayqırır. Bəlkə, bunu sübut etməyə bir dəlil tapa bilmirsiniz. Amma bu, daxili səsinizin söylədiyinin yalan olduğu anlamına gəlməz.
 
Bütün bu maddələrdən sadəcə bir, ya da ikisi tək başına bir şey ifadə etməyə bilər. Ancaq sadalananlardan ən az yarısını sezmisinizsə, deməli, xəyanətin ciddi işarələrini əldə etmisiniz.

Administratorla əlaqə

077 611-55-22

[email protected]