Yaşam

Bu içkilər insanlığın kökünü kəsir — ŞOK İDDİA

12-06-2016, 00:17

Diyarbəkir Xəstəxanası Süni mayalanma mərkəzinin doğuş mütəxəssisi, tibb elmləri professoru Hakan Çoksüer əhaliyə xəbərdarlıq edib.

Ölkə.Az xəbər verir ki, Hakan Çoksüer energetik içkilərin sonsuzluğa səbəb olduğunu iddia edib. 

Belə ki, sözügedən bu içkilərin tərkibində kafein, taurin və glukuronolakton maddələri var. Çoksüerin dediyinə görə, kafein mərkəzi sinir sisteminə təsir edir və beyinə gedib-gələn siqnallar sürətləndirərək insanın daha oyanıq və aktiv olmasını təmin edir.

Hakan Çoksüer tərəfindən aparılan araşdırmalarda qadınların yüksək dozada kafeindən istifadə etməsinin onların dünyaya gətirdikləri körpələr üçün təhlükə yaratdığı bəlli olub. Kafein, taurin və glukuronolakton kimi maddələr sonsuzluğu yaradan əsas amillərdən biridir ki, məhz bu maddələr demək olar ki, hər gün istifadə etdiyimiz energetik içkilərin tərkibində kifayət qədər var. 

Eyni zamanda bu kimi içkilərdən daha çox istifadə edən qadınlarda hamilə qalmaq problemləri yaranır. 

Araşdırma zamanı həmçinin aydın olub ki, energetik içkilər qadınlarda hormonal dalğalanmalara səbəb olur. Yumurtahüceyrələrin keyfiyyətini aşağı salır və uşaqlıq pərdəsinin yapışma qabiliyyətini azaldır. Kişilərdə isə testosteron hormonunu azaldır, sperma sayını və kişilik toxumlarının hərəkətini sürətlə azaldır.

Odur ki, çalışın sağlığınızın qeydinə qalın və ekoloji cəhətdən təmiz məhsullarla qidalanın. Özünüzün və doğulan körpələrinizin sağlamlığını indidən bu kimi zərərli içkilərdən uzaq olmaqla sığortalayın.

Zümrüd Cavadova

Bu içkilər insanlığın kökünü kəsir — ŞOK İDDİA

Administratorla əlaqə

077 611-55-22

[email protected]