Yaşam

Sabah Bakının bir hissəsində su olmayacaq

3-03-2016, 22:41
Sabah Bakının bir hissəsində su olmayacaq

Martın 4-də Maştağa anbar kompleksindən Ramana anbar kompleksinə qədər çəkilmiş yeni magistral su kəmərinin (1020 mm diametrli) sistemə qoşulma işləri ilə əlaqədar bu gecədən etibarən 24 saat müddətində Ramana Südçülük Şuşa məcburi köşkün şəhərciyinə, Zabrat qəsəbəsinin şərq hissəsinə, Sovxozu adlanan əraziyə, Samir Əliyev küçəsinə (Aeroport yolunun sağ və sol hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Xeberman.com-a verilən məlumata görə, məhdudiyyət Bakı şəhəri Heydər Əliyev prospektindən keçən magistral su xətlərinin dəyişdirilməsi işləri ilə əlaqədardır.
 
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]