Yaşam

Brilyant Dadaşovanın evini su basdı

20-01-2016, 11:05
Brilyant Dadaşovanın evini su basdı

Yanvarın 18-i xalq artisti Brilyant Dadaşovanın "Sahil” metrosunun yaxınlığında, Üzeyir Hacıbəyov küçəsində yaşadığı mənzilini su basıb. 

Xeberman.com-un musavat.com-a istinadən verdiyi məlumata görə, buna səbəb yuxarı mərtəbədə yaşayan qonşunun qızdırıcı xəttlərinin partlaması olub. Hadisə baş verərkən qonşu evdə olmayıb.
 
Hadisə nəticəsində B.Dadaşovanın mənzilinə ciddi ziyan dəyib. Saatlarla axan isti su evin təmirinə, əşyalarına zərər vurub. Mənzilin tavanı davamlı axan isti suyun təsirindən  tökülüb. Ev tamamilə yararsız vəziyyətə düşüb.
 
Məlumatı B.Dadaşovanın köməkçisi də təsdiqləyib. Xalq artisti hadisədən sonra evini tərk edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]