Yaşam

Şəhid oğlunun hərəkəti hər kəsi kövrəltdi - VİDEO

31-12-2015, 03:47
Türkiyənin Şırnak əyalətinin Silopi rayonunda terrorçulara qarşı mübarizədə həlak olan əsgərin dəfni zamanı oğlunun sözləri hamını göz yaşlarına boğub.

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şəhid olmuş starşina Kənan Yıldızın Adanada dəfn mərasimi zamanı onun atasının ölümünü dərk etməyən 3 yaşlı oğlu Melih Yıldız xalası oğlu ilə tabutun yanında oynayıb. Körpənin atasının tabutun üzərindəki şəklini göstərib "Bu, mənim atamdır" deyərək əsgər salamı verməsi hər kəsi ağladıb.
 
 
 
 
 
 
 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]