Yaşam

Spirtli içki insanın beynini dəyişdirir

12-12-2016, 09:23
Spirtli içki insanın beynini dəyişdirir

Şərqi Finlandiya Universitetinin alimləri bildirirlər ki, çoxlu spirtli içki içən yeniyetmələr baş beynin yaddaşa, emosiyalara, qərarların qəbul edilməsinə və özünənəzarətə cavabdeh olan mühüm strukturunun - boz maddənin çatışmazlığından əziyyət çəkirlər. Üstəlik, genetik amillər səbəbindən beynində boz maddə qıtlığı olan cavanlar spirtli içkilərə daha meyilli olurlar.

Xeberman.com-un məlumatına görə, Azərtac healthvesti.com saytına istinadla xəbər verir ki, mütəxəssislər tədqiqat zamanı 60-dan çox gənci müayinə ediblər. Tədqiqatda iştirak edən yeniyetmələr nə qədər və hansı tezliklə spirtli içki içmələri barədə anket doldurublar. 35 yeniyetmə spirtli içki düşkünü kateqoriyasına aid edilib. Nəticələr göstərib ki, baş beynin müəyyən nahiyələrində boz maddənin miqdarı az olan yeniyetmələr spirtli içkilərə daha çox qurşanırlar.

Müəyyən edilib ki, spirtli içkiləri çox içmək sosial təcrid, psixi sağlamlıq problemləri və təhsil səviyyəsinin aşağı olması ilə də bağlıdır. Bu cür yeniyetmələrin həyəcanlılıq səviyyəsi yüksək olur, onlar çoxlu siqaret çəkir və narkotik vasitələrdən istifadə edirlər.

Mütəxəssislər bildirirlər ki, baş beyin neyronlarının çox hissəsi boz maddənin tərkibindədir. Buna görə də onun miqdarının azalması psixi sağlamlığı pozur. Spirtli içkidən vaxtında imtina etmək sayəsində boz maddənin miqdarı arta bilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]