Texnologiya

'Apple' şirkəti 300 mln. dollar cərimə olunub

1-10-2016, 17:19
Amerikanın "Apple" şirkəti patent hüquqlarını pozduğu üçün 300 mln. dollar həcmində cərimə olunub. 

"Report"un "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, ABŞ-ın Texas ştatının federal dairə məhkəməsinin qərarı ilə məşhur korporasiya "VirnetX" şirkətinin texnologiyasından qanunsuz istifadə etdiyi üçün 302 mln. dollar qismində təzminat ödəməli olacaq.

Məhkəmə "iPhone" istehsalçısının "VirnetX"in iki patentinin hüquqlarının pozulma faktını uyğun bilib. "Reuter"in məlumatına görə, onlardan biri "FaceTime" videozənglər üçün istifadə edilən tətbiqin texnologiyası, digəri isə istifadəçiyə serverdən şəbəkə üzrə mediakontent əldə etməyə imkan verən "soğru ilə video" (VoD) funksiyası ilə bağlıdır.

Qeyd edək ki, bu, VirnetX-in Apple-a qarşı ilk iddiası deyil. 2016-cı il fevral ayında Texas məhkəməsi təsdiq edib ki, Apple-in bəzi proqramları, xüsusən, "FaceTime", "iMessage" və "sifarişlə VPN" servisi VirnetX-in əqli mülkiyyət hüquqlarını pozub. Nəticədə "Apple" şirkətinə qarşı 625 mln. dollar təzminat ödəmək qərarı çıxarılıb. Daha sonra qərar təxirə salınıb. Belə ki, Apellyasiya məhkəməsi hesab etmişdi ki, hakimlər "iPhone" istehsalçısına qarşı haqsızlıq edə bilərlər.

İlk dəfə "Apple"ın təqsirli olduğunu məhkəmə 2012-ci ildə təsdiq edib. Həmin vaxt şirkət "VirnetX"ə 368 mln. dollar təzminat ödəməli idi. Amma davam edən Apellyasiya məhkəmələri nəticəsində bu cərimənin ödənilməsi təxirə salınmışdı.

Bu, "VirnetX"in nəhəng İT şirkətləri ilə məhkəmə çəkişmələrində ilk qələbəsi deyil. Şirkət iki dəfə - 2010 və 2014-cü illərdə "Microsoft"a qarşı irəli sürdüyü ittihamlar üzrə 223 mln. dollar həcmində təzminat ala bilib. Çəkişmələr "Skype" proqramları ilə bağlı olub.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]