Texnologiya

Vergi ödəyiciləri “İkitərəfli SMS” xidmətindən ödənişsiz şəkildə faydalana biləcəklər

10-09-2016, 20:29

Vergilər Nazirliyi tərəfindən 2012-ci ilən etibarən "İkitərəfli SMS xidməti”nin tətbiqinə başlanılıb. Nazirliyin Analitik-informasiya şöbəsindən Xeberman.com-a verilən məlumata görə, indiyə kimi, "İkitərəfli SMS xidməti” vasitəsi ilə yalnız xidmətə "Azercell” nömrələri ilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 10 istiqamətdə, xidmətdən sorğu vasitəsi ilə istifadə edən şəxslərə isə 3 istiqamətdə məlumatlar göndərilirdi.

"İkitərəfli SMS xidməti” vasitəsi ilə vergi ödəyicilərinə göndərilən məlumatların genişləndirilməsi məqsədilə görülmüş işlər nəticəsində 2014-cü ilin noyabrından etibarən abunə olmuş şəxslərə əlavə 11, xidmətdən sorğu vasitəsilə istifadə edən şəxslərə isə əlavə 2 istiqamət üzrə məlumatların göndərilməsi də təmin edilib. Hazırda "İkitərəfli SMS xidməti” vasitəsi ilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 21, xidmətdən sorğu vasitəsi ilə istifadə edən şəxslərə isə 5 istiqamətdə məlumatlar göndərilir. Artıq digər mobil operatorların ("Bakcell”, "Nar”) abonentlərinə bu xidmətdən istifadə etmək imkanı yaradılıb.

"İkitərəfli SMS xidməti”nə olan marağı, eləcə də, bu xidmətin əhəmiyyətini nəzərə alaraq, ondan daha səmərəli istifadə edilməsi məqsədilə xidmətin tanıtdırılması yolları müzakirə edilir. Müzakirələr nəticəsində "Azercell” nömrələrindən istifadə edən və fəaliyyəti aktiv olan 30 min vergi ödəyicisinə, eləcə də SMS xidmətindən istifadə üçün qeydiyyatdan keçmiş, lakin abunə olmamış şəxslərə ödənişsiz abunəlik xidmətinin 3 ay müddətinə aktivləşdirilməsinə dair icraçı şirkətlə razılıq əldə edilib.

Yaxın günlərdə 30 mindən çox vergi ödəyicisi "İkitərəfli SMS xidməti”ndən ödənişsiz şəkildə faydalana biləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]