Texnologiya

Naməlum ünvanlardan gələn məktubları neçə nəfər açır?

1-09-2016, 12:54
Naməlum ünvanlardan gələn məktubları neçə nəfər açır?

Alman alimləri şəbəkədə yayılan naməlum istifadəçilərin məktublarının neçə nəfər tərəfindən açıldığını müəyyən edib.

Xeberman.com-un məlumatına görə, İKT.lent.az-ın "vev.by” saytına istinadən verdiyi məlumata görə, Nürnberq Universitetinin alimləri 1700-dən çox adamın iştirak etdiyi irimiqyaslı araşdırma aparıb. 

Bu insanlara müxtəlif naməlum akkauntlardan qeyri-müəyyən məzmunlu məlumatlar göndərilib. Bununla da neçə nəfərin spamdan və haker müdaxiləsindən qorxmadan bu məlumatı açacağını öyrənmək qarşıya məqsəd qoyulub. 

Araşdırmanın nəticələri göstərib ki, hər ikinci adam naməlum ünvandan göndərilən məktubu açır. Onlardan 56%-i bu ehtiyatsızlığa öz elektron poçtunda, 39%-i sosial şəbəkələrdə yol verir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]