Texnologiya

“Nar” bölgələr üçün yeni “Yerlim” tariflər toplusunu təqdim etdi

27-04-2016, 19:42
“Nar” bölgələr üçün yeni “Yerlim” tariflər toplusunu təqdim etdi

"Yerlim” ilə öz bölgəndə 1 qəpiyə danış

 

 

"Nar” xüsusi olaraq Azərbaycanın müxtəlif bölgələri üçün yaradılan və abunəçilərə yaşadıqları bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı verən tamamilə yeni "Yerlim” tariflər toplusunu təqdim etdi. Bu tariflə artıq hər bir kəs yaşadığı bölgədə doğmaları, dostları, bir sözlə, bütün yerlilərinə dəqiqəsi cəmi 1 qəpiyə zəng etmək fürsəti qazandı.

 

Qeyd edək ki, "Yerlim” tariflər toplusunun şərtlərinə əsasən, respublikanın 55 bölgəsinin sakinləri öz şəhər və rayonları üçün yaradılmış tariflərə qoşula bilərlər. Abunəçilər öz bölgələrində yaşayan "Nar” istifadəçilərinə dəqiqəsi 1 qəpiyə, digər operatorların abunəçilərinə isə dəqiqəsi 3 qəpiyə zəng edə bilərlər. Tarifə qoşulmaq istəyən "Nar” abunəçisi "Yerlim” yazaraq 777qısa nömrəsinə mesaj göndərməli və yaxud 777#303#YESşifrəsini yığmalıdır.

 

Bakı şəhəri və Abşeron yarımadasının sakinləri istisna olmaqla, aşağıdakı bölgələrin sakinləri öz şəhər və rayonları üçün yaradılmış tariflərə qoşula bilərlər: Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, İsmayıllı, İmişli, Xaçmaz, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Şabran,Salyan, Samux, Siyəzən, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zərdab.

 

Daha ətraflı məlumatı mobil operatorun internet səhifəsindən əldə edə bilərsiniz: nar.az

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]