Texnologiya

Gərəyiniz olar: smartfonlar üçün GİZLİ KODLAR

3-02-2016, 22:14

Hər birimizin smartfonu var, amma hərf və rəqəmlərin müəyyən kombinasiyalarının mobil telefon barədə "məxfi” məlumatları təqdim etdiyini çox az adam bilir.
Milli.Az GizModo-ya istinadən smartfonların "gizli” kodlarını təqdim edir:
*#06# – istənilən smartfonun İMEİ kodunu, yəni unikal nömrəsini göstərir
*#21# – zənglər, SMS-lər və başqa məlumatların təkrar ünvanlandırılmasını göstərir
*#62# – gələn zənglərin hansı ünvana yönləndirildiyini öyrənmək olar
##002# – zənglərin istənilən yönləndirilməsini dayandırır
*#30# – zəng vuran şəxsin nömrəsinin müəyyənləşməsi barədə məlumat
*#33# – servislərin dayandırılmasını göstərir
*#43# – gözləyən zənglər barədə informasiya
*#*#3646633#*#* – MTK çipi əsasındakı Android smartfonlar üçün "mühəndis menyusu”

Samsung smartfonları üçün

*#0*# – ekran, dinamiklər və s.-nin testləri
*#1234# – əməliyyat sisteminin versiyası barədə məlumat
*#0228# – akkumulyatorun vəziyyəti barədə məlumat
*#12580*369# – smartfonun funksionallığı barədə məlumat (əsasən Samsung Galaxy S4 smartfonları üçün)

Administratorla əlaqə

077 611-55-22

[email protected]