Texnologiya

Qlobal kiber hücumdan bu qədər qazandılar

19-05-2017, 22:37

“VannaKray” virusunun yaradıcıları qlobal kiber hücumdan 42 min dollar xeyir götürüblər.

Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Tayms” qəzeti yayıb. Qəzet indiyə qədər hakerlərə 110 kompüter istifadəçisinin ödəniş etdiyini bildirib.

Qeyd edək ki, Avropa Polis Agentliyinin (Avropol) rəhbəri Rob Uenrayt qlobal kiber hücumun dünyanın 150 ölkəsinə qarşı həyata keçirildiyini bildirib. O, bu hücumdan 200.000 kompüterin zərər gördüyünü və yalnız bir neçə kompüter istifadəçisinin ödəniş etdiyini söyləyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]