Texnologiya

ABŞ haker hücumlarına qarşı beynəlxalq yardım təklif edib

14-05-2017, 17:03

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi haker hücumlarına qarşı beynəlxalq yardım təklif edib.

Xeberman.com APA-ya istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin rəsmi saytında bildirilir.

Məlumatda qeyd olunur ki, kompüterləri sıradan çıxaran zərərverici proqram təminatı “Ransomware” kimi tanınır. Onun əmələ gətirdiyi problemlərin aradan qaldırılması üçün mart ayında xüsusi proqram vasitəsi (patç) buraxılıb.

“Biz son hadisələrlə əlaqədar fəal şəkildə informasiya mübadiləsi aparır və həm ABŞ-da, həm də beynəlxalq səviyyədə tərəfdaşlarımıza müvafiq texniki yardım göstərməyə hazırıq”, nazirliyin məlumatında vurğulanır.

Qeyd edək ki, mayın 12-də 74 ölkədə 45 min müxtəlif təşkilat haker hücumuna məruz qalıb. Kompüterlərin sistemlərini bloklayan, işin bərpası üçün Bitcoin kriptovalyutasında 600 dollar ödəniş tələb edən zərərverici “WannaCry” virusu ən çox Rusiya ərazisindəki serverlərə ziyan vurub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]