Texnologiya

İnternetdən ən çox kim istifadə edir? MDB və region ölkələrinin SİYAHISI

15-04-2017, 22:16

Azərbaycanda ümumi əhalinin təxminən 7 milyon 532 min nəfəri - 75,5%-i internetdən istifadə edir. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat İnternetdən İstifadə üzrə Beynəlxalq Statistika Təşkilatının (İnternet World Stats - İWS) açıqladığı sonuncu hesabatda yer alıb. İWS-nin hesabatında göstərilir ki, Azərbaycan bu göstərici üzrə də MDB və region ölkələri arasında ilk sırada qərarlaşıb. İWS-nin son hesabatında qeyd olunur ki, MDB və region ölkələri arasında internetdən istifadə edənlərin sayının ümumi əhaliyə nisbətinə görə, Azərbaycan ilk sırada qərarlaşıb. Azərbaycanda əhalinin 7,53 milyon nəfəri və ya 75,5%-i internetdən istifadə edə bilir. İkinci sırada qərarlaşan Qazaxıstanda bu göstərici 13,23 milyon nəfər və ya 73,3%-ə bərabərdir. Digər ölkələrə gəldikdə isə vəziyyət belədir: İranda 70%-ə (56,7 milyon nəfər), Türkiyədə 59,6%-ə (46,28 milyon nəfər), Rusiyada 70,5%-ə (103,1 milyon məfər), Ermənistanda 70,1% (2,12 milyon nəfər) Belarusda 61,2%-ə (5,78 milyon nəfər), Gürcüstanda 60,7%-ə (2,41 milyon nəfər), Moldova 49,2% (1,75 milyon nəfər), Özbəkistanda 50,4%-ə (15,45 milyon nəfər), Ukraynada 43,4%-ə (19,1 milyon nəfər, Qırğızıstanda 33,9%-ə (2,07 milyon nəfər), Tacikistanda 18,3%-ə (1,62 milyon nəfər), Türkmənistanda isə cəmi 14,3% -ə (789 min nəfər) bərabər olub.
Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın bu göstəricisi Latın Amerikası və Karib bölgəsi, həmçinin Avstraliya və Okeaniya, Yaxın Şərq, Asiya və Afrika ölkələrindəki orta göstəricidən yüksəkdir.
İslandiyada internetdən istifadə etməyən yoxdur...
Ümumlikdə isə dünyada 3 milyard 731 milyon 973 mindən çox insan internetdən istifadə edir. Bu dünya əhalisinin 49,6%-nə bərabərdir. İWS-nin məlumatına görə, ən çox internet istifadəçisi Cənubi Amerika ilə Avropanın payına düşür. Cənubi Amerikada yaşayan insanların 88,1%-i (320,1 milyon nəfər), Avropada yaşayan insanların isə 77,4%-i (637 milyon nəfər) internet istifadəçisidir. Avstraliya və Okeaniyada internetdən istifadə edənlər ümumi əhalinin 68,1%-nə, Latın Amerikası və Karib bölgəsində 59,6%-nə, Yaxın Şərq ölkələrində 56,7%-nə, Asiyada 45,2%-nə, Afrikada isə 27,7%-nə bərabərdir. Dünya ölkələri arasında isə internetdən ən çox istifadə edənlər İslandiya, Andorra və Danimarka əhalisidir. Bu ölkələrdə əhalinin müvafiq olaraq 100, 97,1 və 95,9%-i internetdən istifadə edir. İnternetdən ən az Şimali Koreya və Eriterya əhalisi istifadə edir. Asiya qitəsində yerləşən Şimali Koreyada ümumi əhalinin 0,1%, Afrikada yerləşən Eriterya əhalisinin isə cəmi 1,3 %-i internet istifadəçisidir.
MDB və region ölkələrində internet istifadəçilərinin ümumi sayı və əhaliyə nisbəti:

Administratorla əlaqə

077 611-55-22

[email protected]