Texnologiya

Paytaxtda pulsuz “Wi-Fi” daha harada olacaq?

14-04-2017, 22:49

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi Bakıda “Ağ şəhər” ərazisində də pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini genişləndirir

Oxu.Az-ın xəbərinə görə, bu məlumatı Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə verib.

Məlumata görə, artıq müvafiq texniki işlər həyata keçirilir və pulsuz “Wi-Fi” xidməti bu ərazidə yaxın zamanlarda işə salınacaq.

Qeyd edək ki, şəbəkənin əhatə dairəsinin genişləndirilməsi işləri “ictimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu layihə Dənizkənarı Milli park, İçərişəhər və Dövlət Bayrağı Meydanını əhatə edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]