Texnologiya

"Facebook"un qurucusu Trampı tənqid etdi

28-01-2017, 14:16
"Facebook"un qurucusu  Trampı tənqid etdi
"Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o, özünün feysbuk səhifəsində yazıb ki, ABŞ buraya köç edən millətlərin ölkəsidir və biz bununla fəxr edirik. Zukerberq özünün əcdadlarının da Almaniya, Avstriya və Polşadan gələnlər olduğunu xatırladıb. Feysbuk yaradıcısı ABŞ-a kimin təhlükə törədə biləcəyinin müəyyənləşdirilməsinin vacib olduğunu, ancaq köməyə ehtiyacı olan qaçqınların ölkəyə buraxılması üçün qapıların açıq saxlanılmasının məqsədəuyğun olduğunu yazıb. Qeyd edək ki, Trampın imzaladığı son fərmana əsasən 120 gün ərzində ABŞ-a qaçqınların daxil olmasına qadağa qoyulub. Suriyadan olan qaçqınların isə ölkəyə girişi qeyri-müəyyən müddətə dayandırılıb. Fərmanın imzalanması mərasimində çıxış edən Tramp deyib ki, bundan sonra ölkəyə gələcək qaçqınlar sərt şəkildə yoxlanılacaq və bununla da terrorçuların ABŞ-a sızmasının qarşısı alınacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]