Texnologiya

Telefondan yanlış istifadə təhlükəlidir

4-01-2017, 01:41
Telefondan yanlış istifadə təhlükəlidir
Telefon gündəlik həyatımızın tərkib hissəsinə çevrilib. Ancaq bununla belə, hələ də bir çoxlarımız telefondan düzgün istifadə qaydalarını bilmirik.

Xeberman.com xəzərxəbər.az-a istinadən bildirir ki, söhbət telefondan düzgün istifadə olunub-olunmamasından gedir. Həyatımızın bir parçasına çevrilmiş telefonlardan yanlış istifadə həm bu cihazın ömrünü qısaldır, həm də onun özünü potensial təhlükəyə çevirir.

Telefondan günün bir çox saatlarında istifadə edilsə də, hələ də bir sıra səhvlərə yol verilir. Əsasən də telefon uzun müddət, xüsusilə də gecə boyu enerjidə saxlanılır.

Halbuki, bu, akkumulyatoru tez sıradan çıxardan amildir.

Enerjinin tez bitməməsi üçün digər məqamlara da diqqət etmək lazımdır.

Telefon yandırılıb-söndürülərkən çıxan səsin qapalı rejimdə saxlanılması da enerjinin qorunmasını təmin edir. Həmçinin vay-fay və blutuz kimi proqramların da istifadə edilmədiyi müddətdə bağlı qalması tövsiyyə olunur.

Akkumulyatorun uzunömürlülüyünü təmin etmək üçün həftədə ən az 1 dəfə müəyyən müddətə telefonu söndürmək lazımdır.

Telefonu digər risklərdən qorumaq üçün yüklənilən proqramlara və onların mənbələrinə də diqqət etmək lazımdır.

Havanın tempraturu müsbət 30 dərəcədən yuxarı və mənfi 20 dərəcədən aşağıdırsa, smartfonu ümumiyyətlə cibdən çıxarmaq olmaz. Çünki smartfonlar bu hava şəraiti üçün nəzərdə tutulmayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]