Texnologiya

DİQQƏT! Facebook istifadəçiləri təhlükədə

3-01-2017, 18:43
DİQQƏT! Facebook istifadəçiləri təhlükədə   Facebook-da istifadəçilərin məlumatlarını təhlükəyə məruz qoyan yeni sistem boşluğu aşkar edilib. Sözügedən sistem boşluğunu amerikalı proqramçı Tommi DeVoss aşkar edib. Onun sözlərinə görə, bu sistem boşluğu vasitəsilə istifadəçilərin mail ünvanlarını öyrənmək olar. Bu halda mütəxəssis istifadəçilərin müxtəlif mövzularda bir araya gəldikləri Groups funksiyasını nəzərdə tutur. Məlumdur ki, bu cür gizli qruplarda etibarlı məxfilik ayarları olur. Lakin buna baxmayaraq qrupun administratoru istənilən istifadəçinin şəxsi məlumatlarını əldə edə bilər. Sistem çox sadədir. Facebook-a mobil cihazdan daxil olan zaman istifadəçi istər-istəməz özü haqqındakı məlumatların öyrənilməsini təmin edir. Bu zaman isə istifadəçinin elektron poçt ünvanı haqqında məlumatların olduğu URL səhifəyə keçid olunur.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]