Texnologiya

“Google” smart-saat buraxacaq

24-12-2016, 16:53
2017-ci ilin əvvəlində "Google” şirkəti "Android Wear 2.0” əməliyyat sisteminin bazasında iki yeni smart-saat istehsal edəcək.
 
Hələlik saatların texniki xüsusiyyətləri barədə məlumat verilmir.
 
"Ağıllı” saatlar hazırda "Google”un əməkdaşlıq etdiyi istehsalçının markası altında buraxılacaq. Bu barədə "Android Wear” nümayəndəsi Ceff Çanq bildirib. Bu əməliyyat sisteminin tətbiqi təkcə 2 flaqman cihazla məhdudlaşmayacaq. Digər şirkətlərin "Android Wear 2.0” əməliyyat bazasında olan smart-saatları da bazara çıxarılacaq.
 
Cihazların texniki xüsusiyyətləri sirr olaraq qalır. Əldə olunan ilkin məlumata əsasən çox güman ki, bu cihazlar ürək ritmini ölçən monitora malik olacaq, LTE, həmçinin GPS-i dəstəkləyəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]