Şou-biznes

Türkiyənin tanınmış aktyoru Ayberk Atilla vəfat edib

21-01-2017, 13:32
Türkiyənin tanınmış aktyoru Ayberk Atilla vəfat edib
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, sənətçi yanvarın 21-də evində ölüb. Aktyor bir müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

1946-cı ildə İstanbulda anadan olan Ayberk Atilla İstanbul Universitetində təhsil alıb. Sənət karyerasına 1967-ci ildə Lalə Oraloğlu Teatrında başlayıb. Müxtəlif illərdə Türkiyənin bir neçə teatrında çalışıb.

A.Atilla “Səksənlər”, “Leyli və Məcnun”, “Hürrəm Sultan” kimi məşhur seriallarda, o cümlədən “Sən işıldaquş gördün?”, “Orqanize işlər”, “Yuxu kimi” filmlərdə müxtəlif obrazlar yaradıb. Son olaraq, “Kiralık aşk” teleserialında rol alıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]