Siyasət

Akif Çovdarov sabiq deputatdan 10 milyon dollar alıb? - İDDİA

31-10-2016, 01:43
Akif Çovdarov sabiq deputatdan 10 milyon dollar alıb? - İDDİA

"MTN işi" ilə bağlı həbs edilənlərin məhkəməsi fonunda Eldar Mahmudov - Akif Covdarov tandeminin vəzifəli şəxslərin və iş adamlarının başına açdığı oyunlarla bağlı mediada işıqlandırılan məlumatlar geniş rezonansa səbəb olmaqdadır. 

 


Belə ki, ölkənin onurğa sutunu sayılan quruma rəhbərlik edənlərin faktiki olaraq vətənə xəyanət etməsi ilə bərabər tutula biləcək əməlləri nəticəsində biznesmenlər sözün əsl mənasında Azərbaycanda iş qurduqlarına görə peşiman ediliblər. Bunun isə mənfi fəsadlarını ölkə olaraq hələ uzun zaman yaşayacağıq.

Bununla belə Akif Çovdarovun qurbanları arasında elə şəxslər var ki, onlar başına gətirilənlərə haqq ediblər.  Məsələn, "MTN işi" olayları ilə bağlı aztoday.az-a daxil olan məlumatlara görə, Akif Çovdarovun həbsindən sonra istintaqa müraciət edənlər arasında günahı olan və cəzadan yayınması üçün MTN-ə haqq verən iş adamları olmayıb. Mənbə açıqlamasında belə iş adamlarından birinin əslən Beyləqan rayonundan olan sabiq deputat Ayaz Orucovun olduğunu bildirib. 

Çovdarovun "radarı"na düşən Ayaz Orucov MTN-inin qaniçən idarə rəisinin istəklərini bir-neçə geri çevirərək ona meydan oxuyub. Bundan sonra Akif Çovdarov Ayaz Orucovu qısa müddətdə ram edə bilir. MTN-in qara maskalıları tərəfindən həbs edilən Ayaz Orucov Akif Covdarovun "türmə"sində təxminən 15-20 gün saxlanılır. Ayaz Orucov Akif Çovdarovun tələb etdiyi 10 milyon dolları verməyə razılaşandan sonra sərbəst buraxılıb. 

Maraqlıdır ki, sabiq deputat "MTN işi" olaylarından sonra hüquq-mühafizə orqanlarına, konkret istintaqı aparan Baş Prokurorluğa müraciət etməyib. Mənbə buna səbəb kimi, Ayaz Orucovun biznes fəaliyyətində buraxdığı "qələt"ləri göstərir. 

Qeyd edək ki, Ayaz Orucov Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin nəzdində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində də çalışıb. Böyük bir qalmaqaldan sonra bu vəzifədən uzaqlaşdırılıb.

Ayaz Orucovun biznesi, şərikləri, xarici biznes tərəfdaşları, hakimiyyətdə kimin tərəfindən himayə olunması və s. ilə bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqdayıq.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]