Siyasət

RAMİZ MEHDİYEV ƏN BÖYÜK TƏHLÜKƏNİ NƏDƏ GÖRÜR? – Məqaləsində açıqladı

30-10-2016, 17:42

"Güc vasitələrinə gəldikdə isə, tarixi təcrübə göstərir ki, onlar yalnız müvəqqəti əmin-amanlıq xülyası yarada bilir”

"Təhlükəsizliyə təhdid yaradan ölkələrin və bu təhdidin bütün mümkün üsullarla qarşısını almağa çalışan ölkələrin sayının günbəgün artdığı planetdə sülhün qorunub saxlanmasını yalnız dünya birliyi tərəfindən "birlikdə yaşamaq” məharəti vərdişlərinin öyrənilməsi, mənimsənilməsi və tətbiq edilməsi şərti ilə təsəvvür etmək olar. Ona görə də məlum olduğu kimi, sülh yalnız bərabərlər arasında daha davamlı olur.” AzPolitika.info xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akayasının akademiki Ramiz Mehdiyevin "V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdemidə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır” adlı məqaləsində yer alıb.

Məqalədə bildirilib:"Millətlərarası nifrətin qızışdırılması (təəssüf ki, biz onun "böyük Ermənistan” versiyası ilə bilavasitə qarşılaşmalı olmuşuq) bəşəriyyətin qloballaşma erasına daxil olmasına, yəqin ki, ən böyük təhlükədir. Barbar münasibət, insanların bir-birini kütləvi qırması dünya birliyi tərəfindən birmənalı şəkildə mənfi qiymətləndirilir və beynəlxalq normalara görə, bunun təşkilatçıları haqlı və sərt cəzalandırılmalıdır. Əgər bu cəza öz hədəfinə çatmayıbsa (ermənilərin Azərbaycan ərazilərinə təcavüzü nümunəsində olduğu kimi) ümid ona qalır ki, bu, yalnız zaman məsələsidir”.
Prezident Administrasiyasının rəhbəri bildirib ki, beynəlmiləlçilik və humanizm tərəqqinin sivilizasiya ənənələrinin təbii davamı olması ilə şərtlənir: "Bu gün bizim kiçik Yer planetimizin dünya miqyaslı fəlakətlər təhlükəsi qarşısında getdikcə daha aciz qaldığı bir vaxtda "sivilizasiyalılıq” anlayışı ilk növbədə ayrı-ayrı insanlar və bütöv dövlətlər arasında ziddiyyətlərin və münaqişələrin zor işlətmədən dincliklə "aradan qaldırılması” deməkdir ki, bu da dünyanın yenidən qurulmasına məsuliyyət daşıyan qloballaşma anlayışına immanentdir.
Güc vasitələrinə gəldikdə isə, tarixi təcrübə göstərir ki, onlar yalnız müvəqqəti əmin-amanlıq xülyası yarada bilir. Axı məişətdə olduğu kimi, dünya siyasətində də qarşılıqlı təhdidlər strategiyasının faydasız olduğunu həyatın özü sübuta yetirir. Bununla belə, qloballaşma çoxlarının təsəvvür etdiyi kimi özbaşınalığı deyil, əksinə azadlığı, ictimai münasibətləri tənzimləyən vəzifələri, mənəviyyat qanunlarına hörməti nəzərdə tutur. Sonra qarşılıqlı məsuliyyət prinsipi gəlir. Postsovet məkanında bu prinsip son dərəcə aktual olub; müstəqil dövlətlərin yaranması, transformasiyaya uğrayan tarixi gerçəkliklər, birqütblü dünyanın inkişafı həyatın praktik olaraq bütün sahələrində yenilənmiş yanaşma və qərarları təkidlə tələb edib”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]