Siyasət

Siyasi məhbuslarla bağlı toplantı keçiriləcək

16-10-2016, 02:52
 Siyasi məhbuslarla bağlı toplantı keçiriləcək
  Xeberman.com-un verdiy məlumata görə, Hüquq müdafiəçisi Oktay Gülalıyev özünün fesbuk səhifəsində yazıb ki, bu gün bir qrup hüquq müdafiəçisi, ziyalılar və mətbuat nümayəndələri bir araya gələrək siyasi məhbusların müdafiəsi istiqamətində müzakirələr apardıq. Durumu dəyərləndirib yaxın dövr üçün qarşıda duran vəzifələri müəyyən etdik. Qərara gəldik ki, siyasi məhbusların hüquqlarını müdafiə etmək, onların azadlığa çıxmasına nail olmaq üçün ardıcıl və sistemli iş aparılsın. Bu istiqamətdə görülən işlərin tempi artırılsın və fəaliyyətlər əlaqələndirilsin. 
Bir sıra çox mühüm qərarlar qəbul etdik. Yəqin ki, yaxın günlərdə həmin qərarların həm icrası, həm də ictimai təqdimatı olacaq. Qərarlarımızdan biri də siyasi məhbuslarla bağlı onların yaxınlarının, vəkillərinin, hüquq müdafiəçilərinin, ziyalıların, ictimai- siyasi fəalların, yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə daha geniş çevrədə toplantı keçirmək, problemi yenidən ictimai gündəmə gətirib müzakirə etməkdir. 
İlk toplantımız 18 oktyabr saat 12 00- da keçiriləcək. Maraqlı tərəfləri, siyasi məhbusların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən şəxsləri, ictimai- siyasi fəalları, siyasi məhbus ailələrini, media nümayəndələrini toplantımızda iştiraka dəvət edirik.
Gəlin siyasi məhbusları unutmayaq, onlara dəstək olaq. Nəzərə alaq ki, onların bizim müdafiəmizə ehtiyacları var...
bir sıra çox mühüm qərarlar qəbul etdik. Yəqin ki, yaxın günlərdə həmin qərarların həm icrası, həm də ictimai təqdimatı olacaq. Qərarlarımızdan biri də siyasi məhbuslarla bağlı onların yaxınlarının, vəkillərinin, hüquq müdafiəçilərinin, ziyalıların, ictimai- siyasi fəalların, yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə daha geniş çevrədə toplantı keçirmək, problemi yenidən ictimai gündəmə gətirib müzakirə etməkdir. 
İlk toplantımız 18 oktyabr saat 12 00- da keçiriləcək. Maraqlı tərəfləri, siyasi məhbusların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən şəxsləri, ictimai- siyasi fəalları, siyasi məhbus ailələrini, media nümayəndələrini toplantımızda iştiraka dəvət edirik.
Gəlin siyasi məhbusları unutmayaq, onlara dəstək olaq. Nəzərə alaq ki, onların bizim müdafiəmizə ehtiyacları var...

Administratorla əlaqə

077 611-55-22

[email protected]