Siyasət

Milli Şura rəhbərliyi “Bandotdel”ə çağırıldı; Əli Kərimlidən sərt etiraz: “Nə sualınız var, mənə verin”

13-10-2016, 22:21
Milli Şura rəhbərliyi “Bandotdel”ə çağırıldı; Əli Kərimlidən sərt etiraz: “Nə sualınız var, mənə verin”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri  Eldəniz Quliyev, Oktay Gülalıyev, Gözəl Bayramlı və AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli oktyabrın 14-nə  Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb. BMCQMİ-nin İstintaq Şöbəsinin rəis müavini  Canpolad Daanov adı çəkilən şəxləri saat 10:30-dan yarım saat intervalla  idarəyə dəvət edib. Məlumatı həmin şəxslər özləri feysbuk səhifələrində yayıb. Amma hansı səbəbdən çağrılmaları barədə onlara məlumat verilməyib.

AXCP sədri Əli Kərimli öz feysbuk səhifəsində məsələyə münasibət bildirib.  "Çətinə düşən kimi milli mentalitet arxasında gizlənənlər utanmadan qadın siyasətçini, AXCP sədrinin müavini Gözəl Bayramlını "bandotdel”ә çağırıblar. Azərbaycan siyasətini bu qədər aşağılamaq lazım deyil. Gözəl Bayramlı mənim müavinimdir. Mənim tapşırıqlarımı yerinə yetirir. Onun siyasi fəaliyyətinə görə mən məsuliyyət daşıyıram. Suallarınız varsa, məni dəvət edin, cavablandırım. Azərbaycanın mübariz, fədakar, vətənsevər xanım siyasətçisindən – Gözəl Bayramlıdan isə əl çəkin!”,-deyə AXCP sədri bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]