Siyasət

CHP MILLƏT VƏKILI : "SALAM OLSUN İMAM HÜSEYNƏ"

12-10-2016, 17:57
Cümhuriyyət Xalq Partiyası millət vəkili Ali Özgündüzün iki il öncəki çıxışı yenidən gündəmə gəlib.
 
Uluyol.info xəbər verir ki,sosial şəbəkələrdə yayılan videoda CHP-li millət vəkili TBMM-də çıxışı zamanı Məhərrəm ayı,Kərbəla,İmam Hüseyn(ə) haqqında  çıxış edir.
 
"Bu ölkənin sünnisi,alevisi,ceferisi də Kərbəlada olsaydı İmam Hüseyinin tərəfində yer alacaqdı,Yezidin deyil.Çünki,Yezid qaranlığı,zorbalığı,zülmü,pisliyi,fitnə-fəsadı təmsil edərkən,hz.İmam Hüseyn isə gərçək İslamı,cəddi Rəsullahın gətirdiyi,Allahın Rəsulullah yolu ilə təbliğ etdiyi o gerçək,orginal İslamı,gözəlliyi,doğruluğu,vüqarlı duruşu,azadlığı,insanlığı təmsil edirdi."
 
Allahu-Əkbər deyib baş kəsən İŞİD-ə toxunan millət vəkili "Bu gün belə o Yezid anlaşında olanlar "Allahu-Əkbər" deyərək baş kəsirlər.Şükür ki,ölkəmiz bu anlaşından uzaqdı"-deyə əlavə eləmişdi.
 
Xatırladaq ki, Ali Özgündüz  gündəmdən kənar söz alıb bu nitqi söyləmişdi.
 
Xeberman.com həmin çıxışın videosunu təqdim edir:
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]