Siyasət

Əliyev Ərdoğanla qapalı görüşdə nələrdən danışdı?

10-10-2016, 23:46

"Səfər ərəfəsində Türkiyə mətbuatında Gülən-Azərbaycan əlaqələrinə dair məqalələrin dərci təsadüfi deyil”

Elxan Şahinoğlu: "Görüşdə Gülənlə bağlı fikir mübadiləsinin aparılması, Ərdoğanın bir daha FETÖ təhlükəsi barədə İlham Əliyevə fikirlərini çatdırması mümkündür "

Oktyabrın 9-da İstanbulda dövlət başçısı İlham Əliyevlə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub. Görüş 2 saata qədər davam edib. Söhbət zamanı münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Onu da qeyd edək ki, İlham Əliyev İstanbula

23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün səfər edib. Azərbaycan, Rusiya və Venesuella prezidentləri istisna olmaqla bu tədbirə digər ölkələr tədbirə nazirlər səviyyəsində qatılıblar.

Səfəri maraqlı edən daha bir məqam bir neçə gün öncə Türkiyənin Yarğıtay Başsavcılığı (ali ədliyyə orqanı) Fətullah Gülən təriqətinin fəaliyyəti ilə bağlı Azərbaycan Baş prokurorluğuna təriqətin fəaliyyətinə dair bütün detalların yer aldığı dosye göndərib.

Bu barədə Türkiyənin "Sabah” qəzeti məlumat yayıb. Məlumatda vurğulanır ki, Yarğıtay Başsavcılığı FETÖ ilə bağlı təhqiqat başladan Azərbaycan Baş Prokurorluğuna təşkilatla bağlı detallı dosye ünvanlayıb. Dosyedə FETÖ-nün TANAP kimi enerji layihələrini necə hədəfə aldığını göstərən MİT (Milli Təhlükəsizlik Təşkilatı) hesabatı da var.

Qəzetin yazdığına görə, Azərbaycan Baş Prokurorluğu məsələ ilə bağlı Türkiyənin Yarğıtay Başsavcılığı ilə əməkdaşlıq edir və ondan FETÖ işi ilə bağlı sənədlər istəyib.

Ərdoğanla görüşün kifayət qədər uzun çəkməsi və bir gün öncə Türkiyə mətbuatında dərc olunan məqalə bəzi suallar yaradır. Belə olan halda Ərdoğan İ.Əliyevə FETÖ işi ilə bağlı müəyyən sənədlər, siyahı təqdim edə bilərmi?

elxan-shahinoglu

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlubildirdi ki, toplantı enerji məslələrinə həsr olunub. Və Azərbaycanın Türkiyə ilə müzakirə edəcəyi kifayət qədər enerji layihələri var. Bu sıraya Bakı-Qars layihəsinin tamamlanmaq üzrə olmasını, TAP və TANAP layihələrinin önəmli mərhələyə qədəm qoymasını göstərmək olar. Lakin E.Şahinoğlunun fikrincə, Əliyevlə Ərdoğanın görüşündə gündəmdə olan və müzakirəsi zəruri olan mövzular da müzakirə edilə bilər: "Amma dövlət başçılarının görüşü 2 saat çəkibsə fərqli mövzular da müzakirə olunması mümkündür. Türkiyə mətbuatının Gülən Azərbaycan əlaqələrinə dair məqalələrə məhz indilərdə yer verməsi təsadüfi deyil. Məqalədə bildirilib ki, artıq Türkiyə tərəfindən gərəkən sənədlər, raporlar Azərbaycan tərəfinə təqdim olunub və fəaliyyət gözlənilir. Bu baxımdan hesab edirəm ki, dövlət başçılarının Gülən məsələsi ətrafında fikir mübadiləsi aparması, Ərdoğanın bir daha FETÖ-nun təhlükəsi barədə İlham Əliyevə fikirlərini çatdırması mümkündür. Güman ki, Ərdoğan Gülənə qarşı Azərbaycanda mübarizənin daha da güclənməsinin zəruliyini bir daha dilə gətirib”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]