Siyasət

Bu icra başçıları Milli Məclis qarşısında torpaq iddiası qaldırıblar

3-10-2016, 21:42

"Bələdiyyə torpaqlarının və rayonlararası mübahisəli ərazilərin sərhədlərinin dəqiqləşdirməsi məqsədilə yeni elektron xəritələr hazırlanacaq”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

Deputat bildirib ki, bu gün ölkənin bir çox rayonunun bələdiyyə və digər növ torpaqlarında mübahisəli məqamlar var.

Tahir Rzayevun sözlərinə görə, sabah Milli Məclisin Regional məsələlər komitəsində bu məsələlər müzakirə olunacaq:

"Hazırda ölkənin şəhər və rayonlarında ciddi torpaq mübahisələri var. Artıq biz Milli Məclisin Regional məsələlər komitəsində bir dəfə bu məsələni müzakirə etmişik və sabahkı komitə iclasında da müzakirə edəcəyik.

Xeyli rayon aralarında olan torpaq mübahisələrinə görə anlaşmazlıq və narazılıqlar yaşayır.

Düzdür, bir neçə rayonda belə mübahisələrə son qoyulub. Amma yenə də rayonların sərhədlərində olan torpaqların ayırd edilməsi məsələsi yaranıb. Bununla yanaşı, ölkədə bələdiyyə balansında olan torpaqların sərhədlərinin dəqiqləşdiriləməsinə böyük ehtiyac var və bələdiyyə torpaqlarının da yeni elektron xəritələri yaradılmaldır. Bu məsələ də komitə iclasında müzakirə olunacaq”.

Deputat bildirib ki, hətta bəzi rayon və şəhərlərin icra başçıları mübahisəli torpaq məsələsinə görə Milli Məclisdə müraciət də ediblər:

"Abşeron, Sumqayıt, Binəqədi və daha bir sıra rayonların icra başçıları da müraciət edərək, rayonlar arasında mübahisəli ərazilərin və bələdiyyə torpaqlarının olduğunu bildiriblər.

Əslində elə rayonlar arasındakı mübahisəli ərazilər və bələdiyyə fondundakı torpaqların sərhədlərini dəqiqləşdirilməməsi birbaşa olaraq regionlarda insanların da hüquqlarını kobud şəkildə pozur və əhaliyə aid olan torpaqların oğurlanmasına səbəb olur”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]