Siyasət

Azərbaycandakı hansı nazirliklər FETO-nun əlindədir - ŞOK SİYAHI

27-09-2016, 01:10
2007-ci ildən FETO-nun Azərbaycandaki qolunu deşifrə etməyə çalışan Yeniçağ.az saytının baş redaktoru, araşdırmaçı jurnalist Aqil Ələsgər Türkiyə mətbuatına şok açıqlama verib. A24.Az xəbər verir ki, jurnalist "Yeni akit” qəzetinə verdiyi müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla prezident İlham Əliyevin eyni taleyi paylaşdığını qeyd edib.

FETO ilə mübarizədə Ərdoğan da tək idi. İlham Əliyev də bu məsələdə tək buraxılıb. FETO hücrələri 15 iyuldan sonra şəxsən İlham Əliyevin təlimatı ilə Azərbaycanda başladılan FETO araşdırmalarındə diqqəti başqa yönə çəkmək və təxribat etmək üçün əllərindən gələn hər şeyi edirlər. Türkiyə Azərbaycana bu mövzuda dəstək olmalıdır. Bu an Azərbaycanda FETO ilə mübarizə aparılırsa bu, İlham Əliyev vasitəsi ilə həyata keçirilir. Enerji, təhsil və digər sektorlardakı nazirlər, bürokratlar FETO ilə mübarizənin dayandırılması üçün əllərindən gələni edirlər. Əgər onlar 15 iyulda uğur qazana bilsəydilər, bizi asacaqdılar. Azərbaycanda ciddi iqtisadi gücə malikdilər və dövlət dairələrində də ciddi təşkilatlanıblar.

FETO sadəcə Türkiyədə deyil, Orta Asiyada, türk respublikalarında, Azərbaycanda qarşısında tək əngəl Rəcəb Tayyip Ərdoğanı görür. Elə bu səbəbdən də qarşılarında əngəl olan Ərdoğanı 15 iyulda ortadan götürmək istədilər. Lakin Allah bunlara o sevinci yaşatmadı”. Türkiyədə FETO-nun 15 iyulda uğurlu olacağı təqdirdə növbəti hədəfin Azərbaycan olacağını deyən Aqil Ələsgər, Azərbaycandakı FETO araşdırmasını aparan qurumlara bəzi fətullahçıların qəsdən FETO-çu olmayan adamların adlarını ötürdüklərini bildirib. "Onlar dövlətin üst səviyyədəki adamlarının adlarını gizlətmək üçün belə bir addım atırlar. Deşifrə olmuş bəzı adamlarını "qurban verərək” əsas adamlarını qorumaq istəyirlər”.

Azərbaycanda tarix boyunca heç vaxt, heç kimə açılmayan 2.5 milyon dollarlıq təzminat davasının FETO barəsində yazdığı kitaba görə ona açıldığını deyən araşdırmaçı məhkəmənin bu günə qədər davam etdiyini bildirib. "Yeni çıxan kitabıma görə də yeni təzminat davalarının açılacağını gözləyirəm İslama qarşı olduqları üçün onlara qarşı çıxmışam. Azərbaycandakı FETO-ya qarşı mübarizəni Allah rızası üçün başlamışam. Azərbaycanda hər kəs Fətullah Gülən şəriət gətirəcək deyirdi. Ancaq mən bunların İslamı dəyişdirdiklərini, "mülayim islam” layihəsi ilə islama qarşı olduqlarını deyirdim və bu səbəbdən də illərdir onlara qarşı mübarizə aparıram”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]