Siyasət

Lənkaranda anti - referendum QALMAQALI

24-09-2016, 23:15
Baş verən hadisədən çarəsiz qalan icra başçısı əhalinin qarşısına çıxa bilmir

Ölkədə yaxşıya doğru dəyişən siyasi kurs çoxları üçün gözlənilməz olub. Bundan yararlanan bəzi qüvvələr regionlarda ağır vəziyyətdə yaşayan əhali ilə təməsa keçməyə nail olub. Belə bölgələrdən biridə gözəl məkan Lənkaranda yaşayan yerli sakinlərdir. Daxil olan məlumata görə Lənkaranda ictimai – siyasi vəziyyət getdikcə dəyişir. Buda icra başçısının yerində olmamasından irəli gəlib. Mənbənin azerinews.tv-verdiyi məlumata görə, son aylarda icra başçısının yarıtmaz idarəçiliyi rayonda hərc – mərcliyə səbəb olub. Bundan da yararlanan bəzi qüvvələr də hərəkətə keçib. 

Mənbə azerinews.tv-yə verdiyi məlumatda qeyd edib ki, çətinlik içində inildəyən rayon məmur özbaşınalığına tuş gəlib. Mənbə bildirir ki, icra hakimiyyətinin bəzi işbazları əhalini incidir, hörmətsizlik edir . Sosial çətinliklər içində çabalayan yerli sakinləri çizilən siyasətə qarşı çıxmağa məcbur edilir. 

Məlumatda daha sonra bildirilir ki, bu qüvvələr ölkədə nüfuza malik olan nurçulardan dəstək alır. Bu səbəbdən rayon əhalisini referenduma qarşı çıxmağa çağrışlar edilir. Gələn məlumatlarda oda deyilir ki, belə bir tələbi rədd edən yerli sakinlər çətin duruma salınır. Buda rayonda bilərəkdən xaosun yaranmasına gətirib çıxara bilər.

Onuda qeyd edək ki, dəfələrlə Lənkarana səfər edən Prezidentin, bütün görüşlərində lənkaranlıların dərdini öz dərdi bilmiş və onların problemləri üçün əlindən gələni etmişdir. Amma bu gün rayonda baş alıb gedən məmur özbaşınalığı və naşı idarəçilik, ölkə başçısının əhali ilə bağlarını qırır və onun bugünkü siyasətinə kölgə salır. Buda regionlarda kütləvi narazılıqların ola biləcəyindən xəbər verir...

Administratorla əlaqə

077 611-55-22

[email protected]