Siyasət

Serj Qarabağ klanı yaradır, Qərbi aldadır: Bakı isə...

11-09-2016, 12:59
Moskva və Qərb təzyiqləri artırır; İrəvandan münaqişə ilə bağlı qərarlar gözlənir...

Politika.Az-ın xəbərinə görə, Ermənistan tərəfi isə vaxtı uzatmağa və prosesləri tormozlamağa davam edir. 

Ona görə də belə vəziyyətdə Azərbaycan ordusunun işğalçıya təzyiq etməkdən başqa alternativi qalmır. Bu alternativ münaqişənin həllini sürətləndirməsə belə, işğalçı dövlətin daxilində xaosu gücləndirməyə malikdir. 

Məhz aprel döyüşlərinin nəticəsidir ki, bu gün Ermənistanda siyasi böhran yaşanır. Ermənistan prezidenti Serj Sərkisyanın baş nazir Ovik Abramyanın istefaya məcbur edəcəyi gözlənilən idi. Sərkisyanın məqsədi Ermənistanda baş verənlərə görə bütün günahı Abramyana yükləməkdir. 

İqtisadi durumu dəyişmək üçün Ermənistan resursları yoxdur, borc içindədir və heç kim ona maliyyə yardımı etmək istəmir, çünki bu - pul itkisidir. Sərkisyan vaxt udmaq istəyir, parlament seçkisinə qədər hakimiyyətini qorumağa çalışır. 

Məqsəd parlament seçkisində qələbə çalıb baş nazir kreslosunu əldə etməkdir. Məsələ burasındadır ki, konstitusiya dəyişikliklərindən sonra Ermənistanda əsas fiqur prezident deyil, baş nazir olacaq.

Belədə isə Serjin daxili siyasətdəki oyunları Qarabağ münaqişəsinin həllinə siraət edir. Ermənistanın hazırkı iqtidarı öz xalqını da aldadır, Qərbi də spekulyasiyaları ilə yola verir. Rəsmi Bakının isə bu vəziyyətdə aprel savaşını təkrarlamaqdan başqa çarəsi qalmır. 

Serj Sərkisyan 2 aprel 2017-ci ildə keçiriləcək parlament seçkilərinə qədər öz komandasının tərkibini dəyişmək qərarına gəlsə də yenidən Qarabağ klanına arxalanıb. Bu barədə "Joxovurd” erməni nəşri yazır.

Qəzetin məlumatına görə, Sərkisyan ötən ay özünün ən yaxın ətrafı ilə (Bako Saakyan, Arkadi Qukasyan, Barseq Beqlaryan, Zori Balayan və s.) hakimiyyəti əldə saxlamaq yolları ətrafında variantlar düşünüb. 

O, qeyd edib ki,yaxın vaxtlarda onun geniş dəstəyə ehtiyacı olacaq. Nəşr daha sonra yazır ki, artıq Qarabağ klanının təmsilçiləri İrəvanda öz ətraflarında Serj Sərkisyanın alternativinin olmaması barədə fikirlər yaratmağa başlayıblar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]