Siyasət

Türkiyə xarici işlər naziri təcili İrana getdi

19-08-2016, 19:19
Türkiyə xarici işlər naziri təcili İrana getdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistana səfərindən əvvəl təcili İrana səfər edib.

Bu barədə Trend Türkiyənin "Habertürk" qəzetinə istinadən xəbər verir.

Qəzet yazır ki, hələlik Türkiyə hökuməti M.Çavuşoğlunun İrana səfəri barədə məlumatı təsdiq etməyib.

Bildirilir ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra M.Çavuşoğlu ikinci xarici səfərini İrana edib. 

Bundan əvvəl M.Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində avqustun 9-da Rusiyaya səfər edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]