Siyasət

İranın ali lideri regional məsələlərdə ABŞ-la əməkdaşlıq etməyəcəklərini bəyan edib

3-07-2016, 23:19
İranın ali dini lideri ayətullah Əli Xamneyi rəsmi Tehranın regional məsələlərin, xüsusi ilə Suriya probleminin həllində ABŞ-la birgə hərəkət etməsini tamamilə istisna edib.
 
Xeberman.com-un IRNA agentliyinə istinadən verdiyi məlumata görə, Ə. Xamneyi bunu Tehranda tələbələrlə görüşündə bəyan edib.
 
İranın ali dini lideri bildirib ki, Tehran belə əməkdaşlığı qəbul etməyəcək, çünki ABŞ-ın əsas məqsədi İranın regional proseslərdə  iştirakını dayandırmaqdır: "İran isə öz növbəsində arzu edir ki, ABŞ regionun işlərinə müdaxilə etməsin. Nüvə razılaşması göstərdi ki, Konqres, ABŞ administrasiyası İran xalqına münasibətdə düşmənçilik fəaliyyətini davam etdirir. Kim inanırsa ki, İran inkişafında Qərbə arxalanmalıdır, tamamilə ağlını itirib. Mən buna qarşı mübarizə aparmağı mənəvi və dini vəzifəm hesab edirəm və son nəfəsimə qədər də mübarizə aparacam”.
 
İranın ali dini lideri Qərbin İrana münasibətdə düşmən münasibət bəsləməsini sübut etmək üçün  gətirdiyi çoxsaylı misallar sırasında İran-İraq müharibəsi zamanı Qərbin Səddam Hüseynə dəstək bəsləməsini,  az öncə qaldırılan iqtisadi sanksiyaları qeyd edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]