Siyasət

İlham Əliyevin təyin etdiyi yeni nazir müavini kimdir? - təfsilat

29-06-2016, 20:23
İlham Əliyevin təyin etdiyi yeni nazir müavini kimdir? - təfsilat
Xeberman.com-un məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov Azərbaycan maliyyə nazirinin müavini təyin olunub. 

Onun qısa tərcümeyi-halını təqdim edirik:

Emin Zamin oğlu Hüseynov 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. Ali təhsillidir. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə fərqlənmə ilə bitirib. 1996-1998-ci illərdə ABŞ-ın Florida Ştatı Universitetinin iqtisadiyyat üzrə magsitraturasını bitirib. 

Əmək fəaliyyətinə 1998-ci ildən Dünya Bankının ölkə ofisində iqtisadçı vəzifəsilə başlayıb. 2001-2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Bakıdakı Daimi Nümayəndəliyində iqtisadçı vəzifəsində çalışıb.

 2003-2005-ci illərdə yenidən Dünya Bankının Bakıdakı ofisində ölkə üzrə iqtisadçı vəzifəsində işləyib. 
2005-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və statistika departamentinin direktoru vəzifəsinə təyin olunub. 2009-cu ildə Harvard Universitetinin ictimai idarəetmə üzrə magistraturasını bitirib. 2010-cu ilin fevral ayında Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru – Baş direktor vəzifəsinə təyin edilib. 4 ilədək bu vəzifədə çalışıb.

Emin Hüseynov son təyinatadək "ADA” Universitetinin strategiya və inkişaf üzrə prorektoru vəzifəsində işləyirdi.

Ailəlidir. 2 övladı var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]