Siyasət

Pənah Hüseyn Siyavuş Novruzova cavab verdi

23-06-2016, 18:06
İqbal Ağazadə 2003-ci ildən sonra insanlar arasına çıxmamalıydı 

O, bir şillə, iki təpikdən sonra televiziyaya çıxıb, silahdaşlarının üzünə durub onların həbsinə səbəbkar olan kəsdir. İndi bu insan siyasətdən, yüksək dəyərlərdən danışır. Ona görə də onun heç Azərbaycan siyasətində yeri yoxdur. Prokurorluq orqanlarında onun öz silahdaşları və həmfikirlərinin əleyhinə yazdığı kifayət qədər izahat var. Lazım olsa, çıxarıb, mətbuata təqdim edəcəyik.

Bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Maraqlıdır, 2003-cü ildə İqbal Ağazadə ilə silahdaş olanlar Siyavuş Novruzovun dediklərinə münasibəti necədir? Doğrudanmı İqbal Ağazadə öz silahdaşlarını satıb?

Həmin dövrdə həbs olunaraq məhbus həyatı yaşayab AXP sədri Pənah Hüseyn açıqlamasında bildirdi ki, 2003 hadisələrinin Siyavuş Novruzova aidiyyatı yoxdur:

"2003-cü ildə baş verən hadisələrin Siyavuş Novruzova heç bir aidiyyatı yoxdur. O, vaxtkı hadisələrin təqsirkarı YAP üzvləri olub. Həmin hadisələrə görə, məhkum olunmuş şəxslər haqda olan hökmlər ləğv edilib. Siyavuş Novruzovun dediyi işgəncə faktları Avropa Məhkəməsində də sübuta yetirilib. Onun bu məsələni etiraf etməyinə heç ehtiyac da yox idi.”(moderator.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]