Siyasət

İran və Ermənistan kimlə müharibəyə hazırlaşır? - TƏHLİL

12-11-2015, 15:20
İran və Ermənistan kimlə müharibəyə hazırlaşır? - TƏHLİL

Xəbər verdiyimiz kimi, Rusiya Ermənistanla birgə hava hücumundan müdafiə sistemi yaradılması barədə təlimat verib.

Həmçinin, Rusiya yaxın günlərdə İrana S-300 raket sistemlərini göndərməyə də başlayacaq.

Rusiyanın məqsədləri, bu addımların regiondakı proseslərə hansı təsirinin olacağı barədə NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Reaksiya.az-la fikirlərini bölüşüb.



O, Rusiyanın Ermənistanın daim köməkçisi olduğunu, ona görə də heç bir təəccüblü hal olmadığını vurğulayıb: “Rusiya və Ermənistan daima bir yerdə olublar və olacaqlar. Bu gün bunun əksini iddia edən ya siyasətdən bixəbərdir ya da qəsdən milləti aldatmaqla məşğuldurlar. Rusiyanın bu gün imzaladığı sənədlər əslində mövcüd idi, indi sadəcə protokol qaydalarını yerinə yetirirlər. Rusiya istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən Ermənistana dəstək verir və onun bütün xərclərini ödəyir. Ona görə də birgə hava hücumunun yaradılması haqda təlimat verilməsində təəccüblü hal yoxdur. Azərbaycan KİV-ləri bunu təəccüblü şəkildə veririlər. Əslində isə biz bunları illərdir deyirik. Önəmli olan hökümətimizin və dövlətimizin bunlardan nəticə çıxarmasıdır. Lakin bu gün təssüf ki, hansısa nəticə əldə edə bilmirik. Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyimizin passiv işləməsi Azərbaycanı regionda geri salır. Əgər tez bir zamanda siyasi baxımdan və kəşfiyyatda manevr edib uğur qazanmasaq, o zaman yaxın gələcəklə bağlı hansısa nikbin proqnoz vermək çətin olacaq”.

F. Məmmədov Rusiyanın İranla tərəfdaşlıq qurmasınında 2 əsas məqsədinin olduğunu hesab edir.

“Rusiya üçün Ermənistan qədər məhz İran da önəmlidir. Rusiya yenə əgər qərbin Cənubi Qafqaza gələcəyi təqdirdə Güney azərbaycanlıların ayağa qalxacağı və nəticədə Azərbaycana birləşəcəkləri barədə İranı inandıra bilib. Bu səbəbi əsas gətirərək Rusiya İrana deyir ki, müttəfiqliyimiz və tərəfdaşlığımız önəmlidir, istər hərbi sahədə, istərsə də siyasi baxımdan bir-birimizə dəstək verməliyik. Bu gün Rusiya ve İran arasındakı tərəfdaşlığın əsas səbəblərindən biri də məhz İran ərazisində yaşayan otuz beş milyon azəri türkləridir”, - deyə ekspert əlavə edib.

O, Rusiyanın İranla əməkdaşlıq qurmaqdakı digər marağını isə belə şərh edib: “Rusiyanın İranla digər bir tərəfdaşlığı isə məhz Suriya ilə bağlıdır. Bu ikili Əsəd kimi diktatoru saxlayaraq öz mövqelərini qorumağa çalışırlar. Onlar üçün Əsədin şəxsiyyəti maraqlı deyil, sadəcə maraqları kəsişdiyi üçün bu gün belə siyasəti yürüdürlər. Rusiyanın “S-300” raketlərini İrana verməsinin əsas səbəblərindən biri də məhz Suriyadir. Azərbaycanla yanaşı, Rusiya üçün Suriya da önəmlidir. Səbəb isə yaxın gələcəkdə Türkiyəyə qarşı istənilən provokativ siyasətin həyata keçirilməsidir”.

Ekspert Rusiyanın hazırda regionda yenidən tək hakimiyyətliliyini bərqərar etmək, öz məqsəd və maraqlarını təmin etmək üçün hər addımı atmağa hazır olduğunu qeyd edib: “Rusiya üçün təşəfdaş və müttəfiq anlayışı yoxdur, sadəcə öz maraqları üçün isənilən addımı atmağa hazır olan bir dövlətdir. Əslində onun maraqlarının başında imperiya qurmaq xəyalları var. Bu gün atdığı addımlar buna hesablanıb. Cənubi Qafqazda gedən proseslərdə hələki Rusiya qalibdir. Sİəbəb isə Ermənistanda hərbi mövcudluğu və bu mövcudluğu ilə regiona təsiridir. Digər tərəfdən də Gürcüstanla başlanılan yeni gizli tərəfdaşlıqda Rusiyanın regionda söz sahibi olmasına gətirib çıxardır. Əgər Azərbaycan tərəfi bütün siyasi prosesləri düzgün qiymətləndirə bilməsə, o zaman tezliklə Rusiya tərəfindən nəticəsi ağır təziqlərə və təqiblərə məruz qalacaq”.
www.mediaxeberleri.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]