Siyasət

MSK daha bir məntəqədə seçkinin nəticəsini etibarsız sayıb

11-11-2015, 18:19
MSK daha bir məntəqədə seçkinin nəticəsini etibarsız sayıb

Mərkəzi Seçki Komissiyası daha bir məntəqədə seçkinin nəticəsini etibarsız sayıb.

Modern.az saytı xəbər verir ki, bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətə baxılıb. Komissiya nəzdindəki Ekspert qrupunun üzvü tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulan müddətdə və qaydada ətraflı araşdırılan müraciətlə bağlı müvafiq qərar qəbul olunub.

Müraciətlə əlaqədar aparılan müzakirələrdən sonra 63 saylı Sabirabad birinci seçki dairəsinin 13 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasına qərar verilib.

Qaynar.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]