Siyasət

Gömrük Komitəsində ciddi dəyişiklik - General işdən çıxarıldı

4-06-2016, 12:11
Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişikliyi baş verib. 

AzVision.az-ın əldə etdiyi məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general –mayor Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb. O, rəhbəri olduğu idarənin rəis müavini vəzifəsinə təyin edilib.

G. Muradlınının yerinə Balakən Gömrük İdarəsinə ötən ilin oktyabırında rəis təyin olunan polkovnik Baba Salayev təyin edilib. B. Salayevin yaxın müddətdə general-mayor rütbəsi alacağı gözlənilir.

B. Salayev əvvəl Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini işləmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]