Siyasət

İran ABŞ-a ağır su satışını təxirə salır

31-05-2016, 17:05
Eastnews.org-un verdiyi xəbərə görə, İran Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi İranın ağır su* satışı haqqında verdiyi bəyanatda Rusiyanın 40 ton ağır su tələb etdiyini və mövzu ilə bağlı müzakirələrin qaydasında getdiyini, lakin dəqiqləşmədiyi üçün hələlik açıqlanmasını uyğun görmədiyini bildirib.   Salehi ABŞ-a satılan ağır suyun təhvili haqqında isə ABŞ-ın "2 milyard dollarlıq oğurluğundan sonra" bu ölkəyə satılan ağır suyun göndərilməməsi barədə göstəriş verdiyini qeyd edib.   O, ABŞ rəhbərliyinin göndərilən ağır suyu təhvil aldıqdan sonra bu mala əl qoymasının və pulunu da ödəməməsinin mümkün olduğu üçün satışı mane olduğunu vurğulayıb.   İran Atom Enerji Təşkilatının sədri həmçinin, İran 130 tondan çox ağır suyu satmağa hazır olduğunu, lakin alıcı olmadığı təqdirdə əvvəlki kimi bu suyu istehsal edərək saxlamağı davam etdirəcəklərini söyləyib.   Xatırladaq ki, ABŞ İranda 32 ton ağır su almağa hazırlaşırdı.   Ağır su — adi hidrogeni onun ağır izotopu olan deyterium (D) ilə əvəz etdikdə alınan su növü.

Administratorla əlaqə

077 611-55-22

[email protected]