Siyasət

Süleyman Mikayılov Vasif Talıbova niyə nifrət edir?-ŞOK MƏLUMATLAR

9-05-2016, 18:22
Süleyman Mikayılov Vasif Talıbova niyə nifrət edir?-ŞOK MƏLUMATLAR
"Ölərəm, amma  Talıbovun rəhbərliyi altında işləmərəm”

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov arasına əməlli-başlı mübarizə gedir.

Miq.az  "Boksyor" icra başçısı Süleyman Mikayılov haqqında niyə yaxşı yazmırlar?" adlı məqalə dərc etmişdi. Məqalədə adı hallandırılan Süleyman Mikayılovla bağlı ölkə mətbuatında gedən yazılar ixisarlarla dərc olunmuşdu. Və qeyd etmişdik ki, ən çox adı qalmaqallı hadısələrdə hallandırılan icra başçılarından biri də Qaradağın "hersoqu" Süleyman Mikayılovdur . 
 
Miq.az xəbər verir ki, bu yaxınlarda Süleyman Mikayılovla bağlı AFN.az-ın redaksiyasına ilginc məlumat daxil olub. Bildirilir ki, Vasif Talıbov vəzifəyə gəlməsində yardımı dəymiş S.Mikayılovu indi vəzifədən salmaq üçün əlindən gələni edir: "Bir müddət əvvəl hətta ona Naxçıvanda kiçik bir vəzifə də "ayarlamışdı”. Ölkə rəhbərliyində təmsil olan və qərar vermək gücündə olan bəzi şəxsləri də inandıra bilmişdi ki, Mikayılov ona Naxçıvanda gərəkdir. Sonradan hansısa fövqəladə güc S.Mikayılovu Talıbovun "caynağından” ala bildi. Lakin məsələ yenidən gündəmdədir. Bu dəfə isə daha sərt şəkildə mübarizə gedir. Bundan əvvəl arxasını bərk sayaraq hətta Talıbova qarşı bəzi addımlar atan Süleyman Mikayılovun ayağı yenidən kəndirdədir. Başçı hətta o qədər arxayın düşüb ki, kluarlarda "mən Vasif Talıbova həmişə nifrət etmişəm” deyərək, heç vaxt ona tabe olmayacağını bildirib. Bu səbəbdən də MR rəhbəri daha ciddi-cəhdlə mübarizəyə başlayıb. S.Mikayılovun yaxın günlərdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən alınacağı söhbəti  daha sıx danışılmağa başlayıb. Bu dəfə isə onun hər hansı vəzifəyə təyin olunacağı ciddi sual altındadır”. 

Mənbə bildirib ki, başçının yerinə təyin ediləcək adamın da adı səsləndirilir. Lakin bununla bağlı daha tutarlı arqumentlər qoyulmadığından  kimliyini qeyd etmirik. Sadəcə onun hazırda Milli Məclisdə təmsil olunduğunu deməklə hələlik kifayətlənirik. 

Məlumata görə,  yaxın günlərdə S.Mikayılov haqda çox ciddi informasiyalar mediaya ötürüləcək: "Onun bəzi məclislərdə etdiyi çıxışların səs yazılarının, hansı ki, biz o çıxışlarda nələrin olduğunu hələ bilmirik, üstəlik, yol verdiyi korrupsiya əməllərinin, hətta guya saxta diplomunun olması ilə bağlı məlumatın mətbuatda geniş işıqlandırılması gözlənilir”.

Qeyd edək ki, bir müddət öncə mediada S.Mikayılovun Naxçıvanda yeni vəzifəyə göndərilməsinə hazırlıq getdiyi, lakin onun "Ölərəm, amma Vasif Talıbovun rəhbərliyi altında işləmərəm” deyərək bundan boyun qaçırdığı barədə məlumatlar işıq üzü görmüşdü. Lakin onun hansı səbəblərdən V.Talıbovla çalışmaq istəməməsi haqda heç bir açıqlama verilmirdi. 

Mövzunu diqqətdə saxlayacağıq.

P.S. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]