Siyasət

Prezidentin Amerika səfəri nə vəd edir? - Ekspert

1-04-2016, 15:41
Prezidentin Amerika səfəri nə vəd edir? - Ekspert
"Azərbaycan Amerika əməkdaşlığının strateji əhəmiyyət daşıdığını hər iki tərəf vurğulayıb". Bu sözləri Qaynar.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu prezident İlham Əliyevin ABŞ səfərinin dövlətimiz üçün əhəmiyyətini şərh edərkən deyib.
 
Ekspert bildirb ki, prezidentin Amerikaya səfəri və bütün görüşləri Azərbaycan üçün faydalıdır: "Konfransda nüvə təhlükəsizliyindən danışılsa da, beynəlxalq terroçuluğa qarşı mübarizə mövzusu da gündəmdə olacaq. Bununla bağlı fikir mübadiləsi də Azərbaycan üçün faydalıdır və ölkəmiz terrorçuluqla mübarizədə öz tövhəsini verir.
 
Beynəlxalq terrorçulara qarşı Əfqanıstanda sülhməramlı qüvvələrimiz var. Əfqanıstandan NATO qüvvələrinin çıxarılmasıda Azərbaycanın hava məkanından istifadə edilir. Bunlar Qərb üçün çox vacib amillərdir və ikitərəfli əməkdaşlıqda çox vacib faktordur. İkitərəfli görüşlər artıq baş tutub, dövlət katibi Con Kerri ilə İlham Əliyev arasında görüş olub. Görüş çox faydalı keçib. Burda Azərbaycan-Amerika əməkdaşlığının strateji əhəmiyyət daşıdığını hər iki tərəf vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ münaqişəsininqısa zamanda həlli vacibliyi də vurğulanıb. Düşünürəm ki, İlham Əliyevin başqa dövlət başçıları, rəsmiləri ilə ikitərəfli görüşlərində də həm təhlükəsizlik, həm də enerji əməkdaşlığı məsələləri də müzakirə olunacaq".
 
Elxan Şahinoğlu
 
Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycanın həm Amerikadakı, həm də dünyanın digər ölkələrindəki yəhudi təşkilatları ilə sıx əlaqələri var: "Bizim İsraillə də sıx tərəfdaşlığımız var. Prezident hansısa bir Qərb ölkəsinə səfər etdikdə yəhudi təşkilatının rəhbərliyi ilə də görüşür. Həmin təşkilatlar Azərbaycana dəstəklərini əsirgəmədiyini vurğulayırlar. Çünki yəhudi lobbisi Amerikada çox güclü lobilərdən biri sayılır. Konqresə də çox təsir imkanları var. Biz görürük ki, erməni lobbisi Azərbaycan əlehinə qətnamələr, sənədlər qəbul etdirməyə çalışır. Bunun qarşısında duracaq əsas qüvvə məhz yəhudi lobbisidir. Buna görə də Azərbaycan yəhudi lobbisi ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. 
 
Azərbaycanda bu il multikulturalizm ili elan olunub. Mövcud olan tolerantlığın özü də İsrail və yəhudi təşkilatları ilə əməkdaşlığı üst səviyyədə saxlamaq üçün çox gözəl bir zəmindir. Bu əməkdaşlığın yaxın gələcəkdə bəhrəsini görəciyik". 

Administratorla əlaqə

077 611-55-22

[email protected]