Siyasət

İki rayonun icra başçısı təcili Bakıya çağırıldı

31-03-2016, 02:33
Yevlax və Mingəçevir icra başçıları səhər saatlarında təcili olaraq Bakıya çağırılıb
Xalqxeber.Az xəbər verir ki, bir neçə gün bundan öncə əhali ilə icra hakimiyyəti arasında ciddi narazılıqlar yaranıb. Məsələnin ciddi olduğunu nəzərə alan PA icra başçılarını kəskin şəkildə cəzalandırmaq məqsədilə Bakıya dəvət edib.
Digər məlumatda deyilir ki, Mingəçevir icra başçısı Niyazi Bayramov səhər saatlarında rayonda olub. Bakıdan gələn gözlənilməz zəngdən dərhal sonra yola çıxıb. Kifayət qədər əsəbi olan icra başçısının qəfil paytaxta çağırılmasının səbəbi bütün Mingəçevirlilərə məlumdur. Çünki, son vaxtlar icra başçısının mətbuatda adının müxtəlif olaylaylarda hallanması hətta rayon sakinlərinə qarşı biganəliyi PA-nı ciddi şəkildə narahat edib. Xalqxeber.Az-a verilən məlumata görə, Niyazi Bayramova Prezident Admnistrasiyasından xeyli zənglər olub və onların hamısı rayon camaatının etdiyi şikayətlərlə əlaqəlidir. Hətta o da deyilir ki, PA-dan edilən hər zəngdən sonra Bayramovun əsəbləri tarıma çəkilirmiş.
Mənbə bildirir ki, hal-hazırda Mingəçevir İcra Hakimiyyətində də narahatlıq yaşanır. Belə ki, qurumun işçiləri Niyazi Bayramovun Bakıya işdən çıxarılması üçün dəvət edildiyi düşüncəsindədirlər. 
Digər məlumatda isə bildirilir ki, Yevlax rayon icra hakimiyyəti başçısı Qoca Səmədovun Bakıya çağrılma səbəbi devalvasiyadan sonra rayondakı durumun acınacaqlı vəziyyətdə olmasıdır. "Regionlardakı mütəmadi xarakter alan devalvasiya əleyhinə etiraz aksiyaları hakimiyyətin üst qatında ciddi narahatlıq yaradıb. Ona görə də hakimiyyət qabaqlayıcı tədbirlər görməyə qərar verib.”
Mənbənin sözlərinə görə, hazırda iqtisadi və sosial reallıqlar dəyişdiyindən yeni təlimatlara ehtiyac yaranıb: "Əvəllki idarəetmə metodlar indiki şəraitə yararlı deyil. Standartları dəyişmək vaxtıdır. İndi icra hakimiyyəti daha çox əhali ilə ünsiyyətdə olmalı və şikayətlərə həssas yanaşmalıdırlar. Qoca Səmədovun təcili olaraq Bakıya çağrılma səbəbi də bu durumu icra başçısına ciddi şəkildə tənbeh edilərək, izah etməkdir.”
Yaxınlarda bir necə icra başçısının işdən çıxarılmasını istisna etməyən mənbə bildirir ki, təkcə kadrlar yox, idarəetmə qaydaları da dəyişməlidir. 
Yada salaq ki, bir müddət öncə Lənkəran, Beyləqan, Füzuli, Quba, Ucar və başqa rayonlarda devalvasiya əleyhinə etiraz aksiyaları keçirilib.
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]