Siyasət

Dəyanət Babayev: " Razi Nurullayevi debata dəvət edirəm"

19-03-2016, 19:11
Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-də nə baş verir?

Partiyanın yaranmasında,rayon təşkilatlarının formalaşmasında əməyi keçən siyasi- fəal Dəyanət Bayayev  sosial şəbəkə üzərindən  həbs olunacağı ilə bağlı açıqlama verib.Uluyol.info olaraq həmin yazını oxuculara təqdim edirik:
"Dostlar bir neçə gün bundan əvvəl mənim həbs olunmamla bağlı Razi Nurullayev və Rafiq Daşdəmirli tərəfindən bir neçə Nazirliklərlə razılaşmağa cəhd olunub.Amma alınmayıb,indi də Prezident Aparatı ilə danışıqlar aparırlar. Səbəb isə bu yaxınlarda onların süni partiyasında olan narazılıqlardı.Bir neçə rayon şöbələri mənə zəng edib ,istefa verəcəklərin dedilər.Məndə partiya rəhbərliyinə insanları aldatmayın,onların qüruru ilə oynamayın,iradlarımı bildirdim.Amma rəhbərlik elə bilir ki,narazı kütləni mən ayağa qaldırıram.Gec-tez hər kəsə məlum olacaq ki,R.Daşdəmirli oğlunun həbsdən çıxması müqabilində bu yollara girib.Razi Nurullayevdən aldadıb alınan  pullların müqabilində belə çirkin yolara əl atırlar.Amma inanmıram ki,hakimiyyət bu cür iki təcrübəsiz adama inanıb,mənim kimi fəal gəncin həbsinə razılıq verə.Məsələ ilə bağlı Ölkənin güc strukturklarına,Cənab prezidentə müracitə edəcəm"


Məsələ ilə bağlı "teleqraf.com" Razi Nurullayevin mövqeyin öyrənmək istəyib.R.Nurullayev :"Özümə söz vermişəm ki,belə məsələlərə nə diqqət edəcəm,nədə münasibət bildirəcəm.Ona görədə üzrlü sayın.Kim nə yazır,yazsın.Mən onlara baxmıram.Mənim üçün vacib Azərbaycanın siyasəti,özümün fəaliyyətidir.Barəmdə yüzlərlə adam yüz şey yazır.Siyasətçinin taleyi və həyatı belədir.Qısacası onu deyə bilərəm ki,fəaliyyətim,partiyamız şəffafdır.Onun üçündə ,mənim çəkinəcəyim bir şey yoxdur.Belə şeylərdən də xəbərim yoxdur"


Uluyol.info olaraq Dəyanət Babayevlə əlaqə saxladıq.D.Babayev bildirdi ki,"teleqraf.com -dakı yazı ilə tanış oldum.İndi Razı durub deməyəcək ki,Biz Əli Kərimlinin rəhbərlik etdiyi partiyanı zəiflətmək üçün yola çıxmışıq.Deməyəcək ki,ətrafıma topladığım insanlarıda puluma görə yığmışam.Bizi kimi saf gənclərdə elə bildik ki,Əbülfəz bəyin yadigarı olan irsə sahib çıxırırq,biz nə bilər dik ki,sonradan başımıza belə bir iş gələr.Partiyanın bütün rayon təşkilatlarının yaranmasında yaxından iştirak etmişəm.Artıq 10 ildən artıqdır ki,siyasətdəyəm.Bütün reginlarda mübariz dostlarımız var.Onların köməkliyi ilə rayon təşkilatların yaratdıq.İndi də çoxu məni tanıyır.Və aylıq məvaciblərin istəyirlər.Əks halda istefa verəcəklərin bildirirlər.Məndə həmin iradları rəhbərliyə çatdıranda elə bilirlər ki,mən qaldırıram onları ayağa.Vəziyyət elə həddə çatıb ki,konkret mənim həbs olunmağım gündəmlərindədi.Bütün bu proseslərin içində olan şəxs kimi mən debata açıq adamam.Əgər deyilənləri təkzib edirsə debata dəvət edirəm.Gəlsin mən çox şeyləri sübut edə bilərəm.Bir daha bildirirəm ki,məsələ ilə bağlı adiyatı orqanlara müracitə edəcəm."
 
Uluyol.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]