Siyasət

İlham Əliyev özünə yeni köməkçi təyin etdi - yeni köməkçi kimdir?

25-01-2016, 01:17
İlham Əliyev özünə yeni köməkçi təyin etdi - yeni köməkçi kimdir?
İlham Əliyev özünə iqtisadi islahatlar üzrə köməkçi təyin etdi

Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.

Virtualaz.org-un məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.


Əmirov Natiq Ərziman oğlu 1967-ci ildə Dəvəçi rayonunda anadan olub.

1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini (hüquqşünas) bitirmişdir.

1990-1991 – Sumqayıt şəhəri Maliyyə Şöbəsi, böyük büdcə iqtisadçısı

1991-1993 – Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyi, Vətəndaşların Vergiyə Cəlb Edilməsi Şöbəsi, böyük dövlət vergi müfəttişi

1993–1994 – Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyi, Dövlət Müəssisələrinin, Təşkilatların və Birliklərin Mənfəətinin (gəlirlərinin) Vergiyə Cəlb Edilməsi və sair Gəlirlər Şöbəsi, DVM

1994-1997 – Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyi, Qeyri-dövlət Müəssisələrində Vergi Qanunvericiliyinə və Dövlət Qiymət İntizamına Nəzarət Şöbəsinin rəisi

1997-2000 – Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini

2000-2001 – Bakı şəhəri, Səbail rayonu Vergilər İdarəsinin rəis müavini

2001-2003 – Vergilər Nazirliyi iri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin rəis müavini

2003-2005 – Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi

Azərbaycan Respublikası Prezidentinin 16 avqust, 2005-ci il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 4 mart, 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin I müavini vəzifəsinə təyin edilmişdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]