Siyasət

Hüquq müdafiəçisi Fərman Ceyranlı ilə bağlı çağırış etdi

26-07-2017, 02:07
Xeberman.com-un verdiyi məlumata görə, Hüquq müdafiyəçisi Oktay Gülaliyev Gürcüstanda həbs olunan Fərman Ceyranlının həbsindən hal-hazırda davam edən məhkəmə prosesindən yazıb. Xeberman.com saytı olaraq Hüquq müdafiyəçisi Oktay Gülaliyev Fərman Ceyranlı məhkəməsindən bəhs edən yazını oxuyuculara təqdim edirik .

Harda yaşamasından, hansı peşəyə, dinə, əqidəyə qulluq etməsindən asılı olmayaraq şərlənib həbs olunan hər bir azərbaycanlını müdafiə etməliyik.

Bu gün müdafiəyə ehtiyacı olan, siyasi mülahizələrlə həbs olunan şəxslərdən biri də Gürcüstanda yaşayan soydaşımız, "Lancet" Klinikasının təsisçisi Ferman Ceyranlıdır. O, hakimiyyət mətbəxində hazırlandığı ehtimal olunan, 2017- ci ilin 4 mayında virtualaz.org və haqqın.az saytlarında dərc olunan “Gürcüstanda gizli antiazərbaycan yuvaları; görüşlər, pullar, təlimatlar” yazısından dərhal sonra həbs olunub. Həmin yazıda adı çəkilən şəxs Azərbaycan müxalifətçilərini maliyyələşdirməkdə ittiham olunurdu (!?).

Artıq 2 həftədən çoxdur ki, F. Ceyranlının Tbilisidə məhkəmə prosesi başlayıb. O, hər iki məhkəmə prosesində bütün dünyaya car çəkərək (məhkəməyə mətbuatın geniş diqqəti var- red.) Azərbaycan hakimiyyətinin sifarişi ilə Gürcüstan hüquq mühafizə orqanları tərəfindən absurd ittihamlarla həbs edildiyini, siyasi məhbus olduğunu bildirir. Təəssüf ki, ölkədən çıxışımız qadağan olunduğundan onun məhkəmə prosesində iştirak edə bilmirik. Amma hesab edirəm şərlənib həbs olunan, dəstəyə ehtiyacı olan günahsız bir şəxsi müdafiə etmək üçün onun məhkəməsində iştirak etmək şərt deyil.

Mən az saylı azad mətbuat orqanlarını, müstəqil hüquq müdafiəçilərini, ictimai- siyasi fəalları, Gürcüstanda yaşayan soydaşlarımızı "Fərman Ceyranlı işi"- nə həssas və diqqətli olmağa, onu müdafiə etməyə çağırıram!

Administratorla əlaqə

077 611-55-22

[email protected]