Xeberman.com
Siyasət

24 il öncə bu gün prezident Elçibəy paytaxtı tərk etmişdi...

19-06-2017, 04:06
24 il öncə bu gün prezident Elçibəy paytaxtı tərk etmişdi...24 il öncə bu gün ölkə xalqına sensasion bir xəbər verildi: "Azərbaycan prezidenti Əbülfəz Elçibəy heç kəsə xəbər vermədən paytaxtı tərk edərək təyyarə ilə naməlum istiqamətə uçub"

Məmləkət əhli çaşıb qalmışdı. Bundan əvvəl heç vaxt belə şey olmamışdı.

Düzdür, gecəylə paytaxtı tərk edəb ölkədən qaçan rəhbərlər olmuşdu (Vəzirov və Mütəllibov), ancaq onların götürdüyü istiqamət (Moskva) də bəlliydi, onları ölkədən getmyə vadar edən səbəblər də.

Elçibəyin gedişi isə xeyli dərəcədə gözlənilməz idi. Ona görə ki, cəmi üç gün öncə parlamentin sədri dəyişmişdi və hakimiyyət komandası, eləcə də xalq hesab edirdi ki, bu dəyişikliklə 4 iyun qiyamının doğurduğu nəticələri aradan qaldırmaq, alovlanmış daxili münaqişəni çözmək mümkün olacaq.

Ona görə də prezidentin paytaxtı tərk etməsi ölkədə şok effekti yaratmışdı. Xüsusilə də hakimiyyət komandası iflic vəziyyətinə düşmüşdü.Aydınlıq yox idi.

Sonrakı saatlarda Elçibəyin ölkəni tərk etmədiyi, öz doğma kəndinə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən Kələki kəndinə yollandığı məlum oldu.

Bu xəbər hakimiyyət komandasının ortaqları olan cəbhıəçilərin və müsavatçıların ürəyinə bir qədər su səpdi və Elçibəyə qarşı olanları bir az pərt etdi. Ancaq birincilər vəziyyəti öz xeyirlərinə dəyişə bilmədilər, ikincilər isə əllərinə düşən fürsəti fövtə vermədilər.

Onlar çox sürətlə, bir neçə günün içində qanun layihəsi hazırlayıb prezidenti öz səlahiyyətlərindən məhrum etdilər. Buna müqavimət göstərə biləcək qüvvə yox idi. Bir həftənin içində əvvəlcə ba nazirini,sonra parlament sədrini, daha sonr isə prezidentini itirmiş və başsız qalmı iqtidar komandası pərən-pərən düşmüşdü və toparlanması mümkün deyildi.

Hakimiyyətə can atan qüvvələr həm mütəşəkkil və müttəfiq, həm qətiyyətli və qərarlı idilər. Yıxılana balta vuranlar və fayda götürmək istəyənlər də çox idi.

Ona görə də sonrakı proses dönməz xarakter aldı və Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti hakimiyyətdən kənarlaşdırıldı.

Elçibəyin 18 iyun gedişi hələ də həm tərəfdarlarının, həm də əleyhdarlarının qızğınlıqla müzakirə etdiyi və heç cür ortaq məxrəcə gələ bilmədikləri məsələdir.

Başlıca arqumentlər bunlardır: 1. Getməsəydi, vətəndaş müharibəsi olardı; 2. Bu addımla Azərbaycanda demokratiyanın bərqərarı azı 25-30 il geri düşdü.

Ən pisi odur ki, hər iki fikirdə həqiqət payı böyükdür.

Ancaq indən belə yüz il danışsaq da, Elçibəyin and içib prezident səlahiyyətlərinin icrasına başladığı günün bir ilinin tamamında atdığı addımın nəticələrini aradan qaldırmaq mümkün olmayacaq. Bu artıq tarixdir, tarixi hadisədir.

"Görünür, belə olmalıymış ki, belə oldu" deməkdən başqa əldən bir iş gəlmir.

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group

loading...
loading...