Siyasət

Qətər çevriliş günü Türkiyəyə hərbçi göndərib - Şok iddia

6-06-2017, 06:52
Qətər çevriliş günü Türkiyəyə hərbçi göndərib - Şok iddiaTürkiyədə FETÖ şəbəkəsinin 2016-cı il 15 iyul uğursuz qiyam cəhdindən sonra Qətər hökuməti sui-qəsd ehtimalına qarşı prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizəsi üçün 150 xüsusi təyinatlı hərbçi göndərib.



Xeberman.com xəbər verir ki, bu barədə “Midl İst Monitor” portalı məlumat yayıb.



Mühafizənin təşkili ilə bağlı tələbin birbaşa Ərdoğan tərəfindən verildiyi bildirilib: “Çevriliş cəhdindən 1 gün sonra Ərdoğan Qətər səfiri Səlim bin Mübarək Əl-Şəfiyə məktub ünvanlayaraq özünün qorunması üçün xüsusi təyinatlı qüvvələr istəyib. Bundan sonra Qətər hökuməti 150 nəfərlik qrupu toplayaraq xüsusi təyyarə ilə Türkiyəyə göndərib. Həmin xüsusi təyinatlı qüvvələr 19 iyulda səssiz-sədasız Türkiyədən ayrılıb”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]