Siyasət

Hüquq Müdafiəçisi, Oqtay Gülalıyev: Gözəl Bayramlını DTX əməkdaşları dindirir (YENİLƏNİR)

26-05-2017, 01:05



Xeberman .com-un verdiyi məlumata görə, Hüquq Müdafiəçisi, “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev feysbook səhifəsindən qeyd edib ki, Dostlar, AXCP sədrinin müavini Gozel Bayramlinın çantasına ona aid olmayan naməlum əşya qoyularaq Qazax Gömrük Keçid Məntəqəsində 6 saatdan çoxdur ki, qanunsuz olaraq saxlanılıb. İctimaiyyətin çağrışlarına, media orqanlarının və jurnalistlərin çoxsaylı müraciətinə baxmayaraq aidiyyatı dövlət qurumları bu barədə hər hansı məlumat vermirlər. Hazırda Gömrük Məntəqəsinin qarşısına toplaşan AXCP üzvlərinə, ictimai- siyasi fəallara və yaxınlarına Gözəl Bayramlı ilə görüşməyə icazə verilmir.
Əldə etdiyimiz qeyri- rəsmi məlumata görə Gözəl Bayramlının saxlanması o Gürcüstana keçdikdən sonra "yuxarıdan" gələn tapşırıq əsasında reallaşıb. Gömrük Keçid Məntəqəsinin əməkdaşları onu saxlayarkən çantasından 10 min saxta ABŞ dolları "çıxarıblar". Hazırda onu Dövlət Töhlükəsizlik Xidmətinin (DTX), eləcə də Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin əməkdaşları dindirir. Təəssüf ki, bu məlumatları dəqiqləşdirmək imkanları qeyri- mümkündür.
Deyilənlər təsdiqini taparsa bu, Gözəl Bayramlıya və onun timsalında AXCP- yə qarşı hazırlanmış növbəti çox iyrənc və bədnam bir tərxibat cəhdidir. Cəhd baş tutsa belə bu, Gözəl xanımdan və onun təmsil olunduğu təşkilatdan heç nə aparmayacaq. Aparsa əməliyyat sahiblərinin kisəsindən və simasından aparacaq...
Dostlar, gəlin əqidəli, mübariz və dürüst xanım siyasətçi Gözəl Bayramlıya dəstəyimizi davam etdirək!

OqtayGülalıyev : Xanım siyasətçini şərləyərək ona qarşı zorakalıq etməklə özlərinə qarşı olan nifrəti alovlandırırlar (BƏYANAT)
Xeberman .com-un verdiyi məlumata görə, Hüquq Müdafiəçisi, “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri OqtayGülalıyev feysbook səhifəsindən qeyd edib ki, AXCP sədrinin müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gozel Bayramlinın Qazax Gömrük Məntəqəsində saxlanması, çantasına "nəsə" atılması və ardınca telefonunun əlindən alınması hakimiyyətin növbəti ciddi təxribatından xəbər verir.

Gözəl xanım müalicə olunmaq üçün qonşu Gürcüstana gedib gəlirdi. Ona qarşı baş verənlər hakimiyyətin növbəti dəfə qırmızı xətti keçmək cəhdidir. Əvvəllər olduğu kimi bu dəfə də peşman və məğlub olub geri çəkiləcəklər. Bunlar hələ də fərqində deyillər ki, milli- mənəvi dəyələri ayaqlar altına atıb, xanım siyasətçini şərləyərək ona qarşı zorakalıq etməklə özlərinə qarşı olan nifrəti alovlandırırlar. Özlərini biabr edirlər...

Gözəl xanıma qarşı baş verən təxribat cəhdini pisləyir və onun sərbəst buraxılmasını tələb edirik!

Administratorla əlaqə

077 611-55-22

[email protected]