Siyasət
Prezident İlham Əliyev Macarıstana səfər edəcək
24-05-2017, 18:21
Azərbaycan prezidenti İlham Əliyev Macarıstana səfər edəcək.
Xeberman.com APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat verən Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski səfərin bu ilin oktyabrına planlaşdırıldığını deyib.
Diplomat bildirib ki, bu səfər dinamik inkişaf edən münasibətləri daha gücləndirəcək: “Son 25 ildə siyasi rəhbərlər arasında bir sıra yüksək səviyyəli vacib səfərlər həyata keçirilib. Azərbaycan prezidentinin 2014-cü ildə Budapeşt səfərindən sonra əlaqələr strateji səviyyəyə qalxıb. Baş nazir Viktor Orbanın 2016-cı ildə Azərbaycana səfərindən sonra isə səfərlərin mütəmadi olaraq həyata keçirilməsi qərara alınıb”.