Siyasət / Dünya

Tansu Çillər məhkəməyə məcburi gətiriləcək

23-05-2017, 15:33
Tansu Çillər məhkəməyə məcburi gətiriləcək
Türkiyənin keçmiş baş naziri Tansu Çillərin iyulun 18-də keçiriləcək məhkəməyə məcburi gətirilməsinə qərar verilib.

Bu haqda Ankara 5-ci Ağır Cəza Məhkəməsi qərar çıxarıb.

O, məhkəmədə zərərçəkmiş şahid qismində iştirak edəcək.

Qeyd edək ki, 28 fevral 1997-ci ildə Türkiyədə Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Hərbçilər Türkiyənin baş naziri Nəcməddin Ərbakanı istefaya getməyə vadar ediblər. Həmin vaxt Tansu Çillər Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb. // Axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]